Şoko Asahara (yap. 麻原 彰晃) yaxud Çizuo Matsumoto (yap. 松本 智津夫) — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Dini sekta 1987-ci ildə yaradılıb.[3]
Şoko Asahara | |
---|---|
麻原 彰晃 | |
Digər adı | Çizuo Matsumoto (松本 智津夫) |
Doğum tarixi | |
Doğum yeri | Yatsuşiro, Yaponiya |
Vəfat tarixi | 6 iyul, 2018 (63 yaşında) |
Vəfat yeri | Katsuşika, Yaponiya |
Vəfat səbəbi | Edam (asılaraq) |
Uşaqları | 12[1] |
Fəaliyyəti | Aum Şinrikyo sektasının dini lideri |
Üzvlüyü |
1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli "zarin" qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.[3]
Hadisədən sonra Şoko Asahara başda olmaqla sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb.[3] Şoko Asahara və sektanın digər rəhbərləri 6 iyul 2018-ci ildə edam edildilər.[4][5]