Çor

Çor – türk xalq mədəniyyətində Cin deməkdir. Çer, Çur, Şor, Şar, Çora, Çura şəklində də ifadə edilir. Monqolcada Çotgor, Çutgur, Çutkur, Çetger, Çetker, Çidkür, Südkür, Sötkör deyilər. Gözlə görülə bilməyən, oddan yaradılmış varlıq.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Anadoluda cin çarpmış və ruhi xəstə mənasında çorlu təbiri istifadə edilər. Xeyir və ya şər olanları mövcuddur. Hər yerdə ola bilər, lakin gözə görünməzlər. Qoruyucu ruh deyildirlər. Ağac altı, qaranlıq kuytular, örenden, yıxıq evlər, su sahilləri, körpü altı kimi təbiətin sərhədi olan yerlərdə yaşamaları onların tilsimli və qaranlıq güclərlə olan marağını daha ilk başda ortaya qoyar. Dəmirdən qorxarlar. Bəismillah demək onları uzaqlaşdırır. (Bismillah İslamın təsiri ilə gəlmiş bir ünsürdür.) Cinlərin başlarındakı qalpaq və ya papaq ələ keçirildiyində o cin ölər. Ölmədən əvvəl də görünməzliyini itirər. Çünki görünməzliyi təmin edən başındakı qalpaqdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, nağıl və dastanlarda sehrli börkünü geyərək görünməz olan qəhrəmanlar vardır. Bu başlıqların cinlərdən ələ keçirilmiş olması ehtimalı yüksəkdir. İlan və quş görünüşündə olanları vardır. Qılıqdan qılığa girə bilərlər. Çor vurması, çor çarpması, çor dəyməsi kimi deyimlər cinlərə bağlı xəstəlikləri ifadə edər. Ən çox da ağız əyilməsi, qismən iflic və ya yaddaş itkisi bu hadisələ bağlantılandırılır. Çor bəzən də ruhi xəstəlik mənasını verər. Bıçura deyilən bir növü evlərdə və zirzəmilərdə yaşayır. Qadın qılığına girər. Arçura adı verilən başqa bir növü isə meşələrdə gəzər. Çötrög monqolcada da şeytan deməkdir. Oyun oynamağı sevər. Onun oyun istəyini qəbul edən olsa, öldürənə qədər qıdıqlayar.

Yakut dilində, pis ruh mənasını verən "Çuğort" sözü var. Araşdırmalara görə, türk dillərindəki "Çor" sözü (və onun başqa bir söyleyiş forması olan "Çər"), Rus dilindəki "Çərt" sözü ilə də müqayisə edilir. Rusca "Çert", "cəhənnəmdə yaşayan, pis qüvvələri təmsil edən fövqəltəbii varlıq, Şeytan və İblis" mənasını verər. Belaruscada istifadə edilən "Cort" sözü də yenə eyni mənanı ehtiva edər.

  1. Ağçora (Akçor): Yaxşı ruh. Xeyirli cin.
  2. Qaraçora (Karaçor): Pis ruh. Şər cin.
a.Bıçura: Anbar cini.
b.Arçura: Meşə cini.

Çorabaş[redaktə | mənbəni redaktə et]

Çorabaş - türk və altay xalq inancında, doxsan qoyun dərisindən kürkü və səksən qoyun dərisindən börkü (şapkası) olduğuna inanılan cindir.

Çərtəgri[redaktə | mənbəni redaktə et]

Çərtəgri - türk və altay xalq inancında şeytan anlayışını qarşılayar. Çorların ən təhlükəli və ən pisləridir. İnsanlara ağır zərərlər verə bilərlər. Qorxunc və güclü qabiliyyətləri vardır.

Çoraman[redaktə | mənbəni redaktə et]

Çoraman, cinlərlə məşğul olan şəxslərə deyilir. Çoramun və ya Şoramun olaraq da ifadə edilər. Cin çıxarıcı, cinci müəllim. Digər dünyaya aid varlıqların yarım, əskik, tək orqanlı olmaları səbəbiylə onlarla məşğul olan bu cür insanların da, fikrən və ya bədənlə yarım olduqları və ya gələcəkdə ola biləcəkləri inancı məşhurdur. Bu anlayış çarpılma, çarpıq, çarpılmış kimi sözlərlə ifadə olunur. Bu varlıqlarla məşğul olmaq təhlükəlidir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Çor/Şor) kökündən törəmişdir. Xəstəlik və gözlə görülməmə mənası daşıyır. Müxtəlif dillərdə fərqli oxunuşları mövcuddur. Ərəbcə şər ilə bir əlaqəsi yoxdur. Yalnız bir oxşarlıqdır. Monqolcada çötrög, şeytan deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]