Çou Yun-fat (Honkonq , 18 may 1955) – Honkonq aktyoru. Çou Yun Fat "Honq Konq Film İncəsənət Akademiyası"nın "İlin ən yaxşı aktyoru" nominasiyasına üç dəfə (1987, 1988 və 1990) layiq görülmüşdür.
Çou Yun-fat | |
---|---|
ing. Chow Yun-fat | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
Honkonq ABŞ |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1973-cü ildən |
IMDb | ID0000334 |
Vikianbarda əlaqəli mediafayllar |
Çou Yun-fat Honkonqun Lamma adasında çox yoxsul fermer ailəsində doğulmuşdur.[2][3][4] Hobbisi fotoqrofçılıq idi. Bir çox işlərdə (poçtalyon, kuryer, dəhlizçi və s.) çalışmış və qəzetlərdəki elanların sayəsində TVB adlı çində yayımlanan kanalın studiyasına gələrək, bütün nümayişlərdən uğurla çıxır. Bu zaman aktyor təhsili yox idi. Əvvəllər televiziyada, ardınca seriallarda çəkilməyə başlayır. Çou Yu-fata ilk uğuru çin prodüseri və rejissoru Con Vunun 1986–cı ildə çəkdiyi "Yaxşı Sabah" filmində qazanır. 1990-cı illərin sonlarından başlayaraq Hollivud filmlərində rol alır. İlk Oskar mükafatını "Oturan pələng, gizlənən əjdaha" filmində qazanır.
İl | Film |
---|---|
1982 | Poçtalyonçu сavab zərbəsi vurur |
1987 | Alovlu qardaşlar |
1988 | Müharibə şəhəri |
1989 | Muzdlu qatil |
1989 | Oyunçuların allahı |
1994 | Oyunçular allahının qayıdışı |
1998 | Əvəz qatilləri |
1999 | Korrupsiyaçı |
1999 | Anna və kral |
2000 | Oturan pələng, gizlənən əjdaha |
2003 | Gülləkeçirməyən rahib |
2003 | Karib dənizinin quldurları: Dünyanın sonuna |
2009 | Konfutsi |