Çox ailəli yaşayış binası — bir bina və ya kompleks daxilindəki bir neçə binada sakinlər üçün bir-birindən ayrı yaşayış məntəqələrinin yerləşdiyi mənzillərin təsnifatı.[1] Binalar bir-birinin yanında (yan-yana) və ya bir-birinin üstündə ola bilər (mərtəbəli). Ümumi forma yaşayış binasıdır. Əksər kommunalar çox ailəli yaşayış yerlərini, misal üçün birgə yaşayış binalarını (ing. cohousing) birləşdirir.[2] Bəzən çoxmənzilli yaşayış binasındakı mənzillər kondominiumlar olur, buradakı mənzillər binanın sahibindən icarəyə götürülməkdənsə, adətən fərdi mülkiyyətdə olur.
Sənaye inqilabından əvvəl belə nümunələr nadir idi, yalnız tarixi şəhər mərkəzlərində mövcud idi. Qədim Romada bunlara insula, Şibamda göydələnlər,[3] Madriddə casas a la malicia və Əlcəzair Kasbahında kasbah deyilir.