İnqilab |
---|
Kateqoriya |
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır.
Son 3 əsrdəki insanlıq tarixinin ən əsas inkişafı, sənaye inqilabı idi. Bu inqilab adi bir tarixi hadisə deyil. Hələ də müasir dünyanı formalaşdırmaqda davam edən bir prosesdir. Ən qədim sənaye cəmiyyətləri(ingilis,fransız) belə, bu prosesin misal üçün, ailə münasibətlərinə və ətraf mühitə olan təsirlərinə hələ də uyğunlaşmağa çalışırlar. Bu fenomen təxminən 250 il əvvəl ortaya çıxdı və dünyanı dəyişdirdi. Əmtəə istehsal etmək üçün yeni üsullara və sistemə fokuslaşan sənayeləşmə, insanların yaşadığı yerləri, davranışlarını, siyasi məsələlərə baxış bucaqlarını, hətta birçox tarixçinin iddia etdiyi kimi cinsi əlaqədə olma stillərini belə dəyişdirdi[1].
Sənaye inqilabı elə başlanğıcdan etibarən qlobal bir prosesdi. Sənaye inqilabı qlobal iqtisadi münasibətlərdə meydana gələn dəyişikliklərdən qaynaqlandı, sonra bu əlaqələri daha fərqli olaraq yenidən təsvir etməyə başladı və bunu etməyə hələ də davam edir[2].
Sənaye İnqilabının siyasi inqilablardan fərqli olaraq,sabit bir başlanğıcı və sonu yoxdur. Sənayeləşmə əslində ciddi olaraq, yeni maşınlar ilə fabrikaların ilk ortaya çıxmasından sonraki bir neçə onillikdə sürət qazanmışdır. Bəzi toplumlar bir neçə fabrika qurmağı cəhd etmişdilər, amma bunun ardınca hər hansısa bir sənaye inqilabı təcrübəsi yaşamamışdılar. Yaponiya və Rusiya da, sənayeləşmə periodlarını, ciddi formada sənayeyə keçmələrindən yarım əsr sonra, 1920-ci illərdə və 1930-cu illərdə yenidən formalaşdırmış və sürətləndirmişlərdi[3].
Fransız tekstil sənaye sahibkarı olan Motte-Bossut 1842-ci ildəki İngiltərəyə etdiyi səfəri haqqında belə yazmışdır:
"Mən, burada, Avropa`nın və Dünyanın ən inkişaf etmiş sənaye mərkəzindəyəm"[4].
İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır:
-Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi.
-Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi.
-Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı.
-Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı. XVI və XVI əsrlərdə bütün bunlar sənaye inqilabına gətirib çıxaran prosesləri dəstəklədi.
−1753-cü il 23 iyunda Fransız qoşunlarını müharibədə məğlub edən İngilislər (Plessey Savaşı) Babür imperatorunun nəhəng xəzinəsini ələ keçirmişlər. Bu xəzinənin İngiltərəyə aparılması, bu ölkə iqtisadiyyatdakı pul və maliyyə imkanları 1758–1791-ci illər arasında toxuculuq və buxar maşınlarının bütün texniki ixtiralarını izah etmək üçün əsas arqument kimi qəbul edilə bilər. 18-ci və 19-cu əsrlərdə olmuşdur.
-Müstəmləkəçilik. Avropa ölkəkləri yeni koloniyalar yaradaraq buradan gətirilən malları sənayedə isdifadə etməyə başladılar, onları yeniden emal edib müstəmləkəçilərə satdılar.
-Bankçılıq və sığortaçılıq işlərinin önəmi artmışdır.
-Kiçik burjuaziyanın inkişafı və orta sinfin varlanması üçün hərəkətverici bir güc idi oldu.
-Kapitalizm. Orta sinfin zənginləşməsinə paralel olaraq, sermaye yığımı başlamışdır. Beləcə yeni yatırım sahələri axtarılmağa başlandı.
-Nəqliyyatda və texnologiyada inkişaflar meydana gəlməyə başladı.
-Protestant islahat; "Bu günün işi və sabahın düşüncəsi" adlı tədris əhəmiyyətli bir dəyər olaraq yer alması.
−17-ci yüz illikdə Maariflənmədə intellektual mövqe və elmi biliklərin əsaslandırılması yolu ilə yaranma prosesi.
-Elmi metod və riyazi düşüncə prinsipləri və texnoloji inkişafların təsirləri ilə elmin yaranması.
-Fransız İnqilabı sənaye cəmiyyətinə uyğun bir siyasi quruluşun təməlini atmaq.
Sənaye inqilabının ilk öncə İngiltərədə başlama səbəbləri
-İngiltərə uzun müddətdir konstitusiya monarxiyası olmuşdur. Bu plana əsasən, mülkiyyət hüquqlarının və fərdi hüquq və azadlıqların qorunması təşviq edilir.
−18-ci əsr İngiltərə artıq dünyanın maliyyə mərkəzi idi. Birja və bank sektorları digər ölkələrə nisbətən çox inkişaf etmişdi.
-Parlament, Kapitalizmin prinsiplərinə uyğun olaraq daxili bazarda azad rəqabətin qarşısını almaq üçün bütün maneələri aradan qaldırdı.
-İngiltərə, sənaye üçün önəmli ilkin təməl maddələr olan kömür və dəmir cəhətdən yeraltı qaynaqlara sahibdir.
-İngiltərə, dünynın ən böyük müstəmləkə imperatorluğu idi. Bu ona xammal və istehsal malları üçün geniş bir bazar imkanı verdi.
-İngilis donanmaları və güclü ticarət donanmaları, nəqiliyyatı daha asan bir hala saldı.
-İngiltərə, İntibah dövründən bu yana Avropada olmuş və tekstil sənayesində olmuşdur.
-İngiltərə bir ada ölkəsidir. Buna görə də, Avropada feodal mübarizələrindən, müharibələrdən, məzhəb mübarizələri kimi hadisələrdən uzaqdır.
Zavod sistemi ilə istehsal, artan tələbat istiqamətində ehtiyac ortaya çıxartdı. böyük maşınlar ev tikmək üçün əlverişsiz idi. Buna görə evlər əvəzinə işçilər maşınların yerləşdiyi böyük binaya getdi və iş sistemi, başqa sözlə, zavod sistemi meydana gəldi.
Zavod sistemi sürətli istehsal kimi müsbət təsirlə yanaşı, ictimai cəhətdən bir sıra mənfi cəhətləridə var. Kişi işçilərin yanında, hətta onların əvəzinə (daha ucuz işlədikləri üçün) uşaq və qadınları işlətməyə başladılar. 20 saata qədər olan iş saatı uşaq və qadınlara əziyyət verirdi. Buna baxmayaraq ödənişlər qeyri-kafi idi. İşçilərin ixtisaslı olması artıq o qədərdə önəmli deyildi. Müvafiq işçilərin müntəzəm əmək haqqı ilə iş tapmaq imkanı olmurdu. Bu maşının qabaqcıl forması maşın dövrünün faktiki başlanğıc nöqtəsini təşkil edir.
-Buxar maşını. Sənaye inqilabının ən önəmli kəşflərindən biri buxar maşını olmuşdur. 1763-cü ildə James Watt, Şotlandiyada buxarla işləyən maşını kəşf etdi.
−1807-ci ildə Amerikalı Robert Fulton buxar maşınını gəmilərə tətbiq etdi. 1840-cı ildə ilk dəfə müntəzəm okean gəmisi buxar xidmətinə başlamışdır.
−1812-ci ildə buxar maşını ilk dəfə lokomotivlərdə istifadə edilib.
−1844-cü ildə Samuel Morse Amerika Birləşmiş Ştatlarında ilk kommersiya teleqraf xidmətinə başladı.
−1876-cı ildə Alexander Graham Bell telefonu kəşf etdi.
-Kənd təsərrüfatında inkşaflar oldu . Almaniya bu sahədə inkişaflara başçılıq etmişdir. Almanlar çuğundurdan şəkər almaq üçün bir üsul tapdılar. Digər bir alman kimyageri süni gübrə əldə etdi. 1834-cü ildə bir amerikalı mühəndis bir biçerdeni ixtira etdi. 1870-ci ildən sonra konservləşdirilmiş yemək istehsalı sürətlə artmışdır.
−1830 və 1860-cı illər arasında İngiltərədə daha təsirli mədən üsullarının inkişafı ilə paralel olaraq, kömür istehsalı sürətlə artmışdır. Çünki bu sayədə polad və dəmir təlabatı asan bir şəkildə qarşılanırdı.
-Bu istehsal sayəsində 1800–1830-cu illər arasında körpü, kanal, dəmiryolu kimi inşaatlar sürətlə artdı. 1850-ci illərə qədər, ümumilikdə İngiltərə tərəfindən inhisarlanan sənaye inqilabı Avropa və ABŞ-də yayılmışdır. Günümüzdə isə, inkşafda olanölkələrə qarşı meyillilik var.
21-ci yüz illikdə ilk öncə İngiltərdə başlayan Sənayə İnqilabı dəmir və kömürün əsas enerji mənbəyi və xammalı olduğu bir mexanizim dövrüdür. Kömür, buxar və maşın birgəliyinin ortaya qoyduğu önəmli iqtisadi, siyasi və sosial dəyişikliklərə gətirib çıxardı.
Sənaye inqilabı Avropada burjua sinfinin çevrilməsinə və yeni işçi sinfinin yaranmasına gətirib çıxardı. Köhnə burjua sinfinə indi zavod sahibləridə daxil olmuşdur. Burjua sinfi artıq hər ölkədə ən varlı təbəqəni yaratmışdı. Ancaq ölkələrin əksəriyyətində orta sinif bir çox siyasi və sosial hüquqlara malik deyildi. Bu hüquqları əldə etmək üçün 19-cu yüz illiyin sonlarını gözləmək gərəkli idi.
Avropada sənaye inqilabından əvvəldə bir işçi sinfi mövcud idi. Bu sinif həmişə çox şüursuz olmuşdur. Sənaye inqilabı sonunda bu ışçı sinfi artıq şüurlanmağa başladı. Bu demək olar ki, bütün cəmiyyətlərdə ən sıxlıqlı sinif idi. İşçi sinfi, əsasən siyasi və iqtisadi haklardan məhrum idi. Ödənişləri aşağı, həyat və iş rejmləri çox pisidi. İş vaxtları uzun, zavodlar havasız və hər cür sağlamlıq şərtylərindən uzaq idi.
Siyasi baxımdan səs vermək hüquqları yox idi. Özəlləşdirmə və etiraz qadağan idi. Ancağ işçilər bu vəziyyətin fərqində idilər.
Sosializmin görünüşü sənaye inqilabının yaratdığı işçi sinfinin hüquqları ilə əlaqədar ortaya çıxdı. Bu baxış ütopik sosializm kimi inkişaf etmişdir. Karl Marx və Fridrix Engels sonra sosializmi inkişaf etdirdi və elmi sosializmi ortaya qoydu. Beləliklə, cəmiyyət uzlaşmayan siniflər (burjuaziya və proletariat) arasında münaqişə daha da kəskinləşdi. Sosializm kommunist kollektiv keçid üçün bir vasitə kimi qəbul edildi.
Sənaye inqilabının bir başqa təsiridə əhali artımı baxımından oldu. Sənayeləşmə sayəsində kənd təsərrüfatı mexanizimləşməyə çevrildi, beləcə eyni torpaq sahəsindən daha çox insan yararlana bildi. Bundan əlavə, şəhər sənaye kənd təsərrüfatı sektorundan kənarda insanlar üçün işlə təmin etməklə şəhər daha çox insan yetişdirmək bacardı. Sənaye dövrü kəndlərdə əhali yığımınada səbəb olmuşdur. 1920-ci illərdə ABŞda əhalinin yarıdan çoxu kəndlərdə qalırdı. Kəndləşmə bərabərində problemlərdə gətirirdi. Küçə bölgələri böyüdü. Bu sahələr havasız, çirkli və dolu idi.