Çuçxe Qalası

Çuçxe Qalası (Ümumilikdə Kim Çen In Qalası kimi tanınan) Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşir və çuçxe ideologiyasının ilk lideri sayılan Kim İr Sen tərəfindən adlandırılmışdır.

Çuçxe Qalası
kor. 주체사상탑
Xəritə
39°01′03″ şm. e. 125°45′49″ ş. u.
Ölkə  Şimali Koreya
Şəhər Pxenyan, Şimali Koreya
Yerləşir Pxenyan
Aidiyyatı Çuçxe ideologiyası
Tikilmə tarixi 1982
Hündürlüyü 170 m
Material Qranit və ağ daş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala Tedonqan çayının şərq sahilində və Kim İr Sen meydanı ilə üz-üzə yerləşir. Qala Kim İr Senin 70 illiyi xatirəsinə tikilmişdir.[1] Həmçinin onun oğlu və davamçısı olan Kim Çen İrin abidənin rəsmi dizayneri olduğu deyilsədə Şimali Koreyanın keçmiş rəsmiləri öz intervyularında bu xəbərin yanlış olduğunu iddia edirlər.[2]

170 metr (560 ft) hündürlüyündə olan abidə 25,550 qranit qəlibdən[3] hazırlanıb və uc hissəsində 20 metr (66 ft) hündürlüyündə və 45 ton çəkiyə malik metal alov qoyulmuşdur. Lift ilə alovun aşağısında yerləşən hissəyə qədər qalxmaq və buradan bütün Pxenyanı seyr etmək mümkündür.

Qalanın birinci mərtəbəsində resepşn otaqları yerləşir və burada qalanın ideoloji əhəmiyyətindən bəhs edən video çarxlar göstərilir. Abidənin hazırlanmasında Vaşinqton abidəsindən nümunə götürülmüşdür və hündürlük baxımından çox az fərqlə onu keçmişdir.[4] Çuçxe Qalası dünyada San Yakinto Abidəsindən sonra ikinci ən hündür abidə xarakterli sütundur.

Qala ilə birlikdə ortaq olan və qarşısında yerləşən 30 metr hündürlüyündə 3 ideoloji fiqurların hər biri əlində — çəkic (fəhlə), oraq (kəndli) və yazı (İntellektual işçi) qələmi tutmuşdur və bu klasik kommunist stilində olan obrazlar məhz sovet dövründə olan fəhlə və kolxozçu abidəsindən götürülmüşdür. Bu işarələr Koreya İşçi Partiyasının bayrağında da öz əksini tapmışdır.

  1. Coonan, Clifford. "Kim Jong Il, the tyrant with a passion for wine, women and the bomb". The Independent. 21 October 2006. 25 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2008.
  2. Martin, Bradly K. Under The Loving Care of The Fatherly Leader. Macmillan. 2004. 626. ISBN 0-312-32221-6.
  3. "Arxivlənmiş surət". 2015-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
  4. McCormack, Gavan. Target North Korea: Pushing North Korea to the Brink of Nuclear Catastrophe. Nation Books. 2004. səh. 59. ISBN 1-560-25557-9.