Çuğundur nematodu

Çuğundur nematodu (lat. Heterodera schachtii) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.

Çuğundur nematodu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Çuğundur nematodu
Beynəlxalq elmi adı
  • Heterodera schachtii[1]

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Çuğundur nematodları çox kiçikdirlər, dişilər 0,8 -1,3 mm ölçüdə olurlar, erkək fərd isə ondan bir qədər kiçikdir.[2].

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Parazit həyat tərzi keçirirlər. Bitki köklərinin digər paraziti çuğundur nematodudur. O çuğundurun müxtəlif növlərində məskən salır və xüsusilə şəkər çuğunduruna çox ziyan vurur. Bu nematod fır nematodu kimi dişilərin hərəkətsizliyi ilə əlaqədar olan kəskin cinsi dimrofizm ilə xarakterizə olunur. Heteroderanın sürfələri torpaqda yaşayır və çuğundurun nazik kökcüklərinə daxil olur. Orada dişi sürfələr qabığını dəyişir, qısalır və dəyirmiləşir. Beləliklə limonşəkilli forma alır. Erkək sürfələr yetkinliyə çatır və dişilərlə cütləşirlər. Dişi fərdin uzunluğu 0,8 – 1,3 mm,erkəyinki isə bir qədər kiçik olur. Onların dişi fərdləri hərəkətsizdir. Bitkilərin köklərində fır əmələ gəlmir, lakin dişilər kökün keçirici sahəsini tutaraq onun aşağı hissəsisini aşağı hissələrlə əlaqəsini kəsir. Bitkinin boy atması ləngiyir. Günəş şüaları altında bitki asanca solur və tez məhv olur. Köklərin məhsuldarlığı da onların şəkərliliyi kimi aşağı düşür (2-3 dəfə). Çuğundur nematodunun yumurtaları torpağa qoyulmur.Onlar dişi fərdlərin cinsi yollarında qalır. Çuğundur nematodunun sürfələri torpaqda yaşayır və oradan cavan bitkinin nazik köklərinə daxil olur. Sürfələr qabıq dəyişərək bir qisminin bədəni qısalıb yoğunlaşır və limon şəkini alır. Bu sürfələrdən dişi fərdlər əmələ gəlir. Sürfələrin bir qismi isə böyüyərək erkək fərdlər əmələ gətirir. Bu fərdlər cisi yetişkənliyə çatıb dişi fərdlərlə cütləşirlər. Nəticədə dişi fərdin bədəni şişir, tündləşir və qonur rəngli sistaya çevrilir. İçərisində 100-lərlə yumurta olan sista məhsul yığımı zamanı torpaqda qalır və yeni bitkilərin yoluxmasına səbəb olur. Çuğundur nematodu bitkinin böyüməsini ləngidir, kök yumrusunda olan şəkərin miqdarını və məhsuldarlığını aşağı salır. Çuğundur nematodu ilə əsas mübarizə üsullarından biri yüksək səviyyədə aqrotexniki tədbirlər aparmaq və növbəli əkində davaml bitkilərdən istifadə etməkdir.[3]. [4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Orta Asiyada, Qafqazda yayılıb.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. "онурьасызлар зоолоэийасы" (PDF). 2022-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-19.
  3. V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.
  4. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568 səh.
  5. V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]