Çukot rayonu

Çukot rayonu (çuk. Чукоткакэн район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rusiya Federasiyasının ən şərqdə yerləşən rayonudur. İnzibati mərkəzi Lavrentiya kəndidir.

Çukot rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

66°18′46″ şm. e. 172°25′04″ q. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1927
Sahəsi
  • 30.700 km²
Əhalisi
Əhalisi
  • 4.941 nəf. (2023)[2]
Rəsmi sayt
Çukot rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşmə

[redaktə | mənbəni redaktə et]

Çukot rayonu dairənin şimal-şərqində yerləşir (demək olar ki, hamısı Çukot yarımadasındadır) və şimalda Çukot dənizinin və şərqdə Berinq boğazının suları ilə yuyulur. ABŞ ilə dəniz sərhədi vardır. Onun təbii olaraq iki okeana birbaşa çıxışı olan - Şimal Buzlu okeanSakit okean - Rusiyanın yeganə bölgəsidir. Rayonun Çukot dənizinin sahil zolağının uzunluğu 580 km, Berinq dənizinin isə 370 km-dir.

Cənubdan Çukot Muxtar Dairəsinin Providenski rayonu ilə, qərbdən İultinski rayonu ilə həmsərhəddir.

İqlim

Rayonun iqlim son dərəcə sərtdir. Ən soyuq ayın ortalama illik temperaturu (fevral) -18° ilə −42 ° C, ən isti ayın isə (iyul) +4° ilə + 14 ° C arasındadır. Qışda güclü qar fırtınası müşahidə edilir. Küləyin gücü 35 m/s-yə qədər artır. Sərt dumanların müşahidə edildiyi günlərdə görüntü 1 m-ə qədər düşə bilər. Qışda yağışların, yayda qarın yağması mümkündür.

Relyef

Çukotka bölgəsinin çox hissəsi qayalı massivlər və tundra dağlıq əraziləridir. Uzunluğu 150 km və hündürlüyü 700-900 m olan Qenkanı silsiləsi rayonu şərq və qərb hissələrə ayırır. Dənizlərin sahilində geniş su-bataqlıq düzənlikləri vardır.

Hidroqrafiya

Rayonun ərazisi su ehtiyatları ilə zəngindir. Çayları uzun müddət don vəziyyətində qalır. Bir çox çay dibinə donur. Çaylar sentyabr ayında donur, mayın sonu - iyunun əvvəlində isə tamaməm buzdan azd olurlar. Ən böyük çayları Çeqitun, İqelkveem, Ulyuveem, Yonayveem.

Çay vadiləri boyunca çoxlu göllər və bataqlıqlar, dənizlərin sahili boyunca lagoon göllər vardır. Dağlarda çoxlu moren göllərə rastlamaq mümkündür. Rayonun ən böyük gölləri Yonay və Koolendir.

Bir neçə isti və soyuq mineral bulaqlar vardır. Onlardan ən böyüyü Meçiqmen, Tumannı, Lorinski, Pikelyunveemski, İonian, Babuşkini Açki.

Minerallar

Allüvial qızıl, polimetalik filizlər, civə, qalay, kömür yataqlarına sahibdir. Tikinti qumu, əhəng daşı, çınqıl və mərmər yataqları praktiki olaraq məhdudiyyətsiz ehtiyatlara malikdir.

Yerli idarəetmə

[redaktə | mənbəni redaktə et]

Rayon rəhbərləri

  • Mixail Antonoviç Zelenski
  • Larisa Petrovna Yuroçko

İqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Burada maralçılıq («Keper» və «Zapolyarye» kənd təsərrüfatı müəssisələri), Xəzlik heyvandarlıq (mavi tülkü), balıqçılıq və morj ovu kimi kənd təsərrüfatı sahələri inkişaf etmişdir [3]. Burada unikal sümük kəsmə emalatxanaları fəaliyyət göstərir.

Əhəmiyyətli mineral ehtiyatlarının olmasına baxmayaraq, onların sənaye əhəmiyyətli hasilatı yoxdur.

İl boyu yalnız rayon mərkəzi ilə Lorino kəndini birləşdirən yol fəaliyyət göstərir. İki yaşayış məntəqəsi arasında aimi avtobus xidməti vardır. Qalan yollar mövsümi xarakter daşıyır.

Rayonun kəndləri arasında sərnişin daşınması helikopterlə həyata keçirilir.

Sahil yaşayış məntəqələrinə ərzağın, yanacağın və maddi-texniki malların tədarükü sahil donanması tərəfindən həyata keçirilir.