Çuvaş Milli Muzeyi

Çuvaş milli muzeyi (çuvaş Чăваш наци музейĕ) — Çuvaşıstan Respublikasının mədəniyyət, təhsil və tədqiqat müəssisəsi. Çuvaş və digər etnik qrupların təbii abidələrinin, tarixinin, maddi və mənəvi mədəniyyətinin ən böyük anbarı. Çuvaşıstan Respublikası ərazisində və Rusiya Federasiyasının digər bölgələrində çuvaşların kompakt yaşadığı bütün yerlərin mədəni irsinin saxlandığı muzey mərkəzidir. Muzey daş dövründən bu günə qədər olan materialları (arxeologiya, tarix, incəsənət, texnika və s.) toplayır, saxlayır, öyrənir və nümayiş etdirir. Fonduna 160 mindən çox muzey əşyaları daxildir. Muzey 1921-ci ildə təşkil edilmişdir.[1]

Çuvaş milli muzeyi
çuvaş Чăваш наци музейĕ
muzeyin binası
muzeyin binası
Əsası qoyulub 1921
Açılış tarixi 1921
Ölkə
Yerləşir Çuvaşıstan, Çeboksarı şəhəri, Qızıl meydan, 5
Direktor İ.P.Menşikova
Muzeyə yetişmək troleybus №1, 15, 18 "Qızıl meydan"da dayanacağı
Telefon (8352) 622278 (mühasibat), 624124 (direktor)
İş rejimi saat 11-18 arası (bazar ertəsi istirahət günüdür.)
56°08′46″ şm. e. 47°14′52″ ş. u.
Çuvaş milli muzeyi xəritədə
Çuvaş milli muzeyi
Çuvaş milli muzeyi
Сайт музея
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

12 fevral 1921-ci il tarixində Çuvaşıstan Muxtar Bölgəsinin muzeylər seksiyasının qərarı ilə sənət və antik abidələrin qorunması məqsədilə Mərkəzi Çuvaş Muzeyi təşkil edildi. Muzeyin ilk rəhbəri Varşava Universitetinin Tarix və Filologiya Fakültəsinin məzunu 1937-ci ildə repressiyaya məruz qalmış Nikolay Pavloviç Neverov hesab olunur. Muzeyin arxeoloji və etnoqrafik kolleksiyaları 1920–1930-cu illərdə formalaşmağa başlamışdır. Muzeydə XVII–XVIII əsrlərə aid run əlifbası yazı abidələri var. Abaşevski və Balanovski arxeoloji mədəniyyətlərinin eyniadlı abidələrinin kolleksiyaları mövcuddur. Muzeyin ekspozisiyalarında və fondlarında çuvaş xalq kostyumları, tikmə və zərgərlik məmulatları geniş şəkildə nümayiş olunur. Muzey kolleksiyalarına 160 min eksponat daxildir.[2]

Muzeyin direktoru İ. P. Menşikovadır.

Muzey kolleksiyaları[redaktə | mənbəni redaktə et]

Çuvaş milli muzeyinin kolleksiyalarına çuvaş xalqının mədəniyyətini, tarixini və müasir dövrünü əks etdirən müxtəlif elm sahələri üzrə eksponatlar daxildir. Muzeydə aşağıdakı kolleksiyalar formalaşdırılmışdır:

  • arxeologiya;
  • etnoqrafiya;
  • botanika;
  • geologiya;
  • paleontologiya;
  • ornitologiya;
  • entomologiya;
  • sənədli;
  • numizmatika;
  • runik yazı abidələri;
  • rəsm;
  • nadir kitablar;

Strukturu[redaktə | mənbəni redaktə et]

Çuvaş milli muzeyi geniş muzey şəbəkəsinə və filiallara malikdir. Muzeyin Çuvaşıstan Respublikasında beş filialı fəaliyyət göstərir:

  • V. İ. Çapayev Muzeyi (Çeboksarı);
  • Çuvaş Naxış Muzeyi (23 iyun 2015-ci ildə açılıb)
  • M. Sespel Muzeyi (Çeboksarı)
  • "Mixail Sespelin vətəni" xatirə kompleksi
  • K. V. İvanova adına Ədəbiyyat Muzeyi.(Çeboksarı)
  • Şorşelidəki A. Q. Nikolayev Kosmonavtika Muzeyi
  • Çuvaşıstan Respublikasının Hərbi Şöhrət Muzeyi.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Çuvaş milli muzeyinin kollektivi tədqiqat, toplama və elmi-maarifləndirmə işləri aparır. Muzey müharibə veteranları ilə görüşlər təşkil edir. Ədəbi və elm xadimlərinin yaradıcılığı, Çuvaş tarixi barədə mühazirələr oxunur, tarix dərsləri, iclaslar, aktual mövzularda film mühazirələri və tarixi salnamə haqqında filmlərin nümayişi aparılır. Çuvaşıstan, Rusiya vətəndaş müharibəsi tarixi, Böyük Vətən müharibəsi haqqında ekspozisiya işi, sənəd və sənədlərin toplanması da davam etdirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cheboksary" Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine, The Moscow Times, August 21, 2011.
  2. "Musée national de Tchouvachie — Tcheboksary — République de Tchouvachie". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]