Ölü zona (film, 1983)

Ölüm zona (ing. The Dead Zone) — 1983-cü il ABŞ qorxu, triller filmi.

Ölü zona
The Dead Zone
Janr qorxu filmi[1], elmi-fantastika filmi, müəmma filmi, roman ekranlaşdırması[d]
Rejissor Devid Kronenberq
Prodüserlər
İcraçı prodüser Dino de Laurentis
Əsərin müəllifi Stiven Kinq
Ssenari müəllifi Jefrer Boam
Baş rollarda Kristofer Uolken
Bruk Adams
Tom Skerit
Martin Şin
Operator
Bəstəkar Maykl Keymen
Distribütor Paramount Pictures, Netflix
İlk baxış tarixi 21 oktyabr 1983
Müddət 103 dəqiqə
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
Rəng rəngli
Çəkiliş yeri Ontario
IMDb ID0085407

Film Stiven Kinqin eyni adlı romanından götürülmüşdür. Devid Kronenberqin rejissorluğu ilə çəkilən filmdə Kristofer Uolken, Tom Skerit, Martin Şin, Herbert Lom, Bruk Adams və Kollin Dyuherst kimi aktyorlar yer alıb. Film illər sonra komadan ayılan Coni Smit'in (Kristofer Uolken) ekstrasens gücünü kəşf etməsi ilə başlayır.

Coni Smit (Kristofer Uolken) gənc bir müəllimdir. Məktəbdə dostu Sarah'ı (Bruk Adams) sevir. Yol qəzasından sonra komaya girir. Nevroloq həkim Veyzak'ın (Herbert Lom) əhatəsində oyandıqda 5 il keçmişdir. Smit bir çox şeydən başqa, sevgilisi Sarahın evləndiyini və uşağının olduğunu öyrənir.

Smit, yeni həyatına öyrəşməyə çalışarkən, birdən-birə insanların əlini tutduqda onların keçmiş və gələcəyini görə bildiyini öyrənir. Bölgənin şerifi (Tom Skerit) bir seriyalı qatilin tutulmasında Smitdən kömək istəyir. Smit kömək edir, lakin məşhur olduğu üçün narahat olaraq bölgədən köçür.

Yeni köçdüyü bölgədə siyasətçi Qreq Stilson (Martin Şin) ilə tanış olur. Həmin vaxt Sarah bu siyasətçinin tanınmasında rol oynayır. Lakin Smit Stilsonun gələcəyin Hitleri olacağını onunla salamlaşarkən öyrənir.

Gələcəyi dəyişmək istəyən Smit, Stilsonu öldürməyə qərar verir. Bir mitinq vaxtı sui-qəsd hazırlayır, lakin Stilsonu vurmaq istəyərkən Stilson Sarahın uşağının arxasında gizlənərək özünü qoruya bilir. Lakin yaralı olarkən gəlib yaxasından tutan Stilsona toxunması ilə gələcəyi dəyişdiyini başa düşür və gülərək vəfat edir.

  1. http://www.imdb.com/title/tt0085407/.