Ölüm yuxusu (roman)

Ölüm yuxusu – Azərbaycan yazıçısı Vaqif Sultanlının 1987-ci ildə yayınlanmış real və şərti-metaforik üslubun qovuşuğunda yazdığı miniatür roman

Vaqif Sultanlının bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış "Ölüm yuxusu" romanında təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün yönlərilə aşkarlamağa imkan verir. Gərgin, dramatik konflikt fonunda davam edən, qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan romanda mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir.

"Ölüm yuxusu" romanı ilk dəfə "Yazıçı" nəşriyyatında müəllifin "Sönmüş ulduzlar" (1988) adlı kitabında müəyyən ixtisarla yayınlanmışdır. Roman tam şəkildə 1992-ci ildə "İnsan dənizi" romanı ilə birlikdə "Gənclik" nəşriyyatında yayınlanmışdır. 2002-ci ildə "Turan" nəşriyyatında eyniadlı kitabda nəşr olunmuş, 2010-cu ildə Azərnəşrdə yayınlanan "Heçlik vadisi" adlı kitaba daxil edilmişdir.

Ədəbi tənqiddə

[redaktə | mənbəni redaktə et]

"Ölüm yuxusu" romanı haqqında Azərbaycan və dünya mətbuatında çox sayda məqalə dərc olunmuşdur. Roman haqqında prof. Tamilla Aliyeva (Türkiyə), dr. Əhməd Sami El Aydi (Misir), Vinsent Valş (Böyük Britaniya), dr. Xurşida Kodirova (Özbəkistan), Dr. Salavat İshakov (Rusiya) kimi tənqidçilər fikir söyləmişlər. Roman, eyni zamanda mətbuatda yazıçı Anarın "Göz muncuğu" əsəri ilə müqayisəli müstəvidə dəyərləndirilmişdir.

Romanın tərcümələri

[redaktə | mənbəni redaktə et]

"Ölüm yuxusu" romanı türk, ingilis, rus, özbək dillərinə çevrilərək yayınlanmışdır.

Vaqif Sultanlının "Ölüm yuxusu" kitabı Moskvada nəşr olunub[1]

Vaqif Sultanlının "Ölüm yuxusu" kitabı Özbəkistanda nəşr olunub [2]