Xəyyam Ramazan oğlu Mazanov və ya Ömər Xəyyam (10 noyabr 1989, Cülyan, İsmayıllı rayonu) — azərbaycanlı yazıçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.[4]
Ömər Xəyyam | |
---|---|
Xəyyam Ramazan oğlu Mazanov | |
Təxəllüsü | Ömər Xəyyam |
Doğum tarixi | [1] |
Doğum yeri | İsmayıllı, Azərbaycan SSR [2] |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Ramazan Mazanov[3] |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 2013–cü ildən etibarən |
Əsərlərinin dili | azərbaycanca |
Üzvlüyü |
Xəyyam Mazanov 1989-cu il noyabrın 10-da İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 2008–2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Ailəlidir. Bir qızı var. Xəyyam Mazanov 1996–2004-cü illərdə İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində, 2004–2007-ci illərdə İsmayıllı rayonu 5 saylı tam orta məktəbində təhsil alıb.[5][6]
2013-cü ildən Ömər Xəyyam imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 100-dən çox publisitik məqalə, hekayə və tərcümə materiallarının müəllifidir.[7][8]
2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[9][10]
"Ulduz", "Literaturnı Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə, kulis.az, sim-sim.az saytlarında roman, hekayə və müsahibələri dərc olunub. 2016-ci ildən Sim-sim.az ədəbiyyat və mədəniyyət portalının şef redaktoru işləyir.[11]
Ömər Xəyyam Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətinin rəhbəridir.[12][13]
2016-cı ildə "Sayrışan hallar" kitabı Azərbaycan Yaradıcılıq Fondunun "Proza" seriyasından nəşr olunub.[14][15][16]
2017-ci ildə Azərbaycan Tərcümə Mərkəzinin "Yeni söz – Gənc yazarların almanaxı" antologiyasında hekayəsi dərc olunub.[17][18]
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.[19]