Cülyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Cülyan kənd inzibati ərazi dairəsində kənd.[1]
Cülyan | |
---|---|
40°49′09″ şm. e. 48°10′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 735 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.645 nəfər |
Cülyan kəndi dağətəyi ərazidə yerləşir.Kəndin adı Hun tayfa ittifaqına daxil olan Çullu türklərinin adından qaynaqlanır.Çullu etnonimi sonralar təhrif olunaraq Cülyan kimi formalaşmışdır.[2] Kəndin adı latıncadakı Julian adından gəlir. Mənası "həmişə cavan" deməkdir.
Cülyan kəndi həm də əsas turizm mərkəzlərindən biridir. Təkcə kənddə 10-dan yuxarı istirahət mərkəzləri və kafelər var.
1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıya alınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Cülyan kəndində tatlardan ibarət 49 evdə , 410 nəfər (202 nəfəri kişilər, 208 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.[3] Əhalisi 1426 nəfərdir ki onunda 734 nəfəri kişi, 692 nəfəri qadındır.
Cülyan kəndində ilk məktəb (4 illik) 1929-cu ildə açılmışdır. Sonra 9 illik məktəb kimi faəliyyətinə davam edən Cülyan kənd məktəbi 1988-ci ildən etibarən 11 illik kənd tam orta məktəbinə çevrilmişdir. 2008-ci ilin noyabrın 12-də kənddə yeni məktəb binasının açılışı olmuşdur. Cülyan kənd orta məktəbinin məzunları qəbul imtahanlarında yüksək nəticələri ilə seçilir. Bu günə qədər ən yüksək nəticələri İsazadə Elvin Qismət oğlu (660 bal, Azərbaycan Tibb Universiteti),Ağayev Taleh Xatir oğlu (690 bal, Polis Akademiyası), Əşrəfova Xanım Faiq qızı (674 bal, BDU), Əmirxanlı Ceyhun Əmrah oğlu (681 bal, Azərbaycan Tibb Universiteti) və Şirinli Emil Şirin oğlu (680 bal, Azərbaycan Dövlət Neft Akademiyası) göstərmişdir.
Bağırov Çingiz Kərəm oğlu
Osmanlı Teymur Saday oğlu
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |