Ömər Xalis Dəmir

Ömər Xalisdəmir (20 fevral 197416 iyul 2016, Ankara) — türk hərbçi. 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanlığında vəzifəsini yerinə yetirərkən komandanlığı ələ keçirməyə çalışan briqada generalı Semih Tərzini sinəsindən vuraraq öldürən və ardınca çevriliş tərəfdarı olan digər hərbçilər tərəfindən vurularaq şəhid olan hərbi qulluqçudur. Bu hadisə baş verən zaman ona "vur" əmri Xüsusi Təyinatlı Qüvvələr komandanı Zekai Aksakallı tərəfindən verilmişdir.

Ömər Xalisdəmir
türk. Ömer Halisdemir
Şəxsi məlumatlar
Doğum tarixi 20 fevral 1974(1974-02-20)
Vəfat tarixi 16 iyul 2016(2016-07-16) (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Türkiyə
Qoşun növü Türkiyə Silahlı Qüvvələri
Xidmət illəri 1999–2016
Döyüşlər

Yeddi uşaqlı bir ailədə dünyaya göz açan Ömər Xalisdəmir uşaqlığını da Niğdədə keçirmişdir.[1]Türkiyə Silahlı Qüvvələrinin tərkibində həm ölkə daxilində, həm də xaricdə bir çox əməliyyatlarda uğurla iştirak etmişdir. Atası Həsən Hüseyn Xalisdəmirin dediyinə görə, 2016-cı ildə baş verən hadisələr zamanı öldürdüyü Semih Tərzi ilə birlikdə əvvəllər Əfqanıstanda xidmət edib.[2]

Elifnur və Doğan Ertuğrul adında iki övladı yadigar qalmışdır.[3]

Azərbaycanlı rəssam Ülkər Əbülfət tərəfindən portreti çəkilib.[4]

  1. http://www.ntv.com.tr/turkiye/omer-halisdemir-kimdir,qWN-Nhn1ZUi9CG8kpDYzDQ}}[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  3. "Arxivlənmiş surət". 2016-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.
  4. Xəzər TV. "Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir" (az.). Youtube.com. 06.09.2020. İstifadə tarixi: 2020-09-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]