Örüzmək

Örüzmək Xan - Şimali Qafqaz xalqlarında əfsanəvi personaj. Digər adları Urızmaq (Vurzamaq, Vürzəmək, Verizmeq, Orazmaq)dır.

QaraçayMalkarlar (Alanlar və Tavlular) ilə sıx əlaqədə olan Nart dastanlarında Nartların lideri olaraq qarşımıza çıxan xarakter. Örüzmək adını daşıyır və onun yer üzünə düşən bir meteor parçasının içindən doğulduğu və qurd südü içərək böyüdüyü izah edilər. Arvadı Sətənay Xanımdır. Örüzmeyin yaşadığı hadisələr Basat Xanın yaşadığı macəralara uyğun gəlir. Təpəgözlə qarşılaşar və onu öldürər. Türk dastanlarında Uruz bəy, Basatın atasıdır. Örüzməyin Kula adında bir atı vardır və Türkcə qulan (çöl atı) ilə üst-üstə düşməkdədir, bu sözün alaca rəng ifadə etdiyi deyilər.

Türk mifologiyası ilə əlaqəsi[redaktə | mənbəni redaktə et]

Nartlar, eyni adlı dastanlarda bəhs edilən bir xalqdır və gerçəkdə bu ada sahib bir cəmiyyətin keçmişdə yaşayıb yaşamadığı bilinmir, lakin geniş görüşə görə tək bir cəmiyyət olmayıb minlərlə ildir birlikdə yaşayan və müxtəlif irqlərdən gələn qövmlərin qaynaşdığı bir qafqaz xalqıdır. Daha doğrusu bu gün də var olan bir xalqlar bütünüdür. Qaraçay-balkar (alan və tavlu), çeçen-inquş (nohçı və qalqay), osetin (iron və digor), abxaz, adige, avar və başqa bir çox kiçik əhalisi olan cəmiyyətlərinin mədəni olaraq qaynaşmasıyla ortaya çıxmışdır, ancaq hər biri öz dillərini danışır. Buna qarşı ortaq mədəni ünsürlərin kimə aid olduğu və hansından gəldiyini təyin etmək bəzən çox çətin bəzən də qeyri-mümkündür. Nart mifologiyasının içərisindəki türk ünsürləri tapmağa çalışmaq da eyni çətinlikləri ehtiva edər. Bəzi anlayış, ad və hadisələr birə türk əfsanələrini xatırladarkən bəzən də başqa xalqlara aid olduğu açıq-aşkar bəlli olan faktlar sürər gedər. Nart sözü isə qəhrəman, igid, alp kimi mənalar daşıyar.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ör/Ür/Ur) kökündən törəmişdir. Uruz Bəg adına bənzəyir. Örüşmək feli döyüş etmək deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]