Qaraçaylılar


Qaraçaylar (qaraç.-balk. къарачайлыла, таўлула) — Şimali Qafqazda əsasən Qaraçay-Çərkəz Respublikasında yaşayan türk xalqı.

Qaraçaylılar
Ümumi sayı
300 000
Yaşadığı ərazilər
Rusiya Rusiya 218 403 [1]
Türkiyə Türkiyə
Qırğızıstan Qırğızıstan 2 600
Qazaxıstan Qazaxıstan 1 600
ABŞ ABŞ
Suriya Suriya
Dili

qaraçay-balkar dili, rus dili

Dini

İslam (sünni)

Qohum xalqlar

Türk xalqları

Rusiyada ümumi sayları 218.403 (2010)[1] nəfərdir bu sayın 194.324 nəfəri Qaraçay-Çərkəz Respublikasının əhalisi təşkil edir bu isə respublikanın 41 % əhalisi deməkdir.

QazaxıstanQırğızıstanda da 2-3 min civarında qaraçaylılar yaşayırlar. Onlar buraya 1943-cü ildə zorla sürgün ediliblər.

Qaraçaylılar həmdə Türkiyə, Suriya, AvropaAmerikada da yaşayırlar. Bu ölkələrdə yaşayan qaraçaylıların çoxu Qafqazı 19-cu əsrdə tərk etmiş mühacirlərin nəslindəndirlər.

Türkiyə Cümhuriyyətində Konya, Tokat, Əskişəhər, Afyonkarahisar, Kayseri, AnkaraSivas illərində qaraçaylılara mənsub 12 kənd vardır ki, onların əhalisi ancaq qaraçaylılardan ibarətdir. Ancaq böyük şəhərlərdə məskunlaşmış qaraçaylıların sayı barədə məlumat yoxdur.

Qaraçaylı kəndləri

[redaktə | mənbəni redaktə et]
  • Başhüyük kəndi: Konya ilinin Sarayönü ilçəsində yerləşir. Öz bələdiyyəsinə sahibdir.
  • Arpacı Qaraçay kəndi: Tokat ilinin Sulusaray ilçəsində yerləşir.
  • Çilehanə kəndi: Tokat ilinin Almuş ilçəsində yerləşir.
  • Belpınar kəndi: Əskişəhər ilinin Çiftələr ilçəsində yerləşir.
  • Yazılıqaya kəndi: Əskişəhər ilinin Xan ilçəsində yerləşir.
  • Akhisar kəndi: Əskişəhər ilinin Xan ilçəsində yerləşir.
  • Gökçə Yayla kəndi: Əskişəhər ilinin Xan ilçəsində yerləşir.
  • Ərtuğrul (Yakapınar) kəndi: Əskişəhər ilinin Sivrihisar ilçəsində yerləşir.
  • Doğlat kəndi: Afyonkarahisar ilinin İncəhisar ilçəsində yerləşir.
  • Eğrisöğüt kəndi: Kayseri ilinin Pınarbaşı ilçəsində yerləşir.
  • Yağlıpınar kəndi: Ankara ilinin Gölbaşı ilçəsində yerləşir.
  • Emirler kəndi: Sivas ilinin Yıldızeli ilçəsində yerləşir.

Qaraçay bölgəsi və qaraçaylılar haqqında ilk yazılı mənbə 1639-cu ilə aiddir. Bu mənbə Megreliyadakı rus səfiri Fedot Elchina məxsusdur. O öz hesabatında “Karoçae” “Koraçee” adlı bölgədən danışır və həmin bölgədəki “qaraçay şəhzadələrindən” iki qardaş olan Elbuzduk və Elistan haqqında da məlumat verir.

1743-cü ildə yazılmış rus mənbəsində kuban yüksəkliklərində yaşayan və tatarca danışan “xaraçay” xalqı haqqında məlumat verilir. 1753-cü ildə o dövrki Xarici İşlər Kollegiyasında krım xanına tabe olmayan “Xaraçay” xalqı haqqında da qeydlər vardır.[2].

Rus İmperiyasının tərkibində qaraçaylar

[redaktə | mənbəni redaktə et]

Qaraçay təmsilçiləri ilə imperiya təmsilçiləri arasında neytrallıq haqqında müqavilə hələ 1826-cı ildə bağlanmışdı[3]. Lakin 1828-ci ildə Rusiya imperiyası bu əraziləri də işğal etdi. Ruslar qaraçaylıların davamlı hücumlarını, o cümlədən çərkəzlərin Qafqaz Xəttinə 9 iyun 1828-ci il tarixində Nezlobniy kəndinin dağıdılması ilə müşayiət olunan iyun hücumlarında qaraçaylıların da iştirak etdikləri ehtimallarını, təslim olmayıb Qaraçayda sığınacaq tapan dağlılara da qaraçaylıların kömək etməsini işğala səbəb kimi göstərirdilər.

Hərbi əməliyyatlar 17 oktyabr tarixində başladı. Hücum üçün iki dəstə təşkil olunmuşdur. Birinci dəstə polkovnik Lukovkinin rəhbərliyi altında Borqustan stansiyası ətrafında toplanmışdır. Dəstə Xopyor polkundan gəlmiş 250 kazakdan, 120 Don kazakından, 433 nəfər piyadadan, 2 batareya və 2 atlı silahdan təşkil edilmişdir. İkinci dəstə isə general Turçaninovun rəhbərliyi ilə Malka çayının üzərindəki daş körpüdə yığılmışdır. Bu dəstə isə 550 nəfər piyada, 300 nəfər Xətt kazakı və fərqli dəstələrdən gəlmiş don kazaklarından ibarət idi. Qoşunun başında duran general Georgi Emmanuel isə birinci dəstədə idi.

20 oktyabr 1828-ci ildə 12 saat davam edən Xasaukinsk döyüşündə artilleriyadan istifadə edən ruslar (general Emmanuelin şəxsi rəhbərliyi ilə) o dövrdə qaraçaylıların hökmdarı seçilmiş İslam Krımşamxalovun rəhbərliyində olan qaraçaylıların dəstəsini məğlub edə bilirlər.

İslam Krımşamxalovun dəstəsi təxmini 500[4] nəfərdən ibarət idi qarşı tərəfdə isə general Emmanuelin dəstələri ümumi 1653 zabit və əsgərdən 8 artilleriya silahından ibarət idi. Döyüşün ən qızğın yerində Krımşamxalov yaralanır və bu zaman dəstəyə rəhbərliyi gənc Kazbek Bayramkulov öz üzərinə götürür. Buna baxmayaraq qüvvələr qeyri bərabər idi məhz buna görə də qaraçaylılar geri çəkilməyə məcbur oldular. A.L.Gizettinin yazdığına görə rus tərəfinin 17-29 oktyabr tarixində ümumi Qaraçay ekspedisiyası zamanı 69 nəfər əsgəri ölmüş, 193 əsgəri isə yaralanmışdır. Bu itkilərdən 44 nəfər əsgərin ölümü və 120 əsgərinin yaralanması məhz Xasaukinsk döyüşündə baş verib. Qaraçaylılar tərəfdən isə itkilər haqqında heç bir məlumat yoxdur.

Qaraçayın rus imperiyasına birləşdirilməsi çar generallarının böyük uğuru sayılırdı. Emmanuel öz qələbəsini məşhur Fermopil döyüşü ilə müqayisə edirdi. Lakin Qaraçayın tamamilə Rus imperiyasının tərkibinə keçməsi 1834-cü ildə oldu[5].

1855-ci ilin avqustunda Qaraçaya Məhəmməd Əminin hücumu oldu. Burada bəzi qaraçaylılar da ona qoşuldular lakin V.M.Kozlovskinin rəhbərliyi altından rus qoşunları ilə döyüşən Məhəmməd Əmin geri Çərkəz bölgəsinə çəkilir. Qaraçaylılarla münsasibətləri daha da möhkəmləndirmək üçün general Kozlovski 3 batalyon əsgəri ilə 3 həftə içində Qaraçaya keçilməz dağ yollarında təkərli vasitələrin irəliləməsi üçün yol çəkdi[6].

Qaraçay SSRİ-nin tərkibində

[redaktə | mənbəni redaktə et]

1920-ci ildəki vətəndaş müharibəsi zamanı Qaraçayda üsyan baş verdi. Avqustun sonunda Qaraçay muxtar bölgəsinin dağlıq aullarına daha doğrusu Xurzuk, ÜçkulanKart-Curt aullarına 9-cu Qırmızı ordunun səlahiyyətlisi Çeremuşkinin başçılığı ilə 100 nəfərlik dəstə göndərildi[7]. Onlar burada insanları sovet hökumətinə qarşı üsyana çağıran 3 qolçomağı güllələdilər. Bu hadisədən qəzəblənən qaraçaylılar gözlənilmədən Üçkulan auluna hücum etdilər və qırmızı ordunun dəstəsini tamamilə məhv etdilər. Çeremuşkin iki əsgəri ilə qaçmağa müvəffəq olur. Bundan sonra Qaraçayda üsyanı idarə etmək üçün mərkəz yaranır. Üsyanın rəhbərləri Sultan Qılıc Girey və polkovnik Krımşamxalov, Sovet hökumətinə qarşı müqəddəs müharibə elan edirlər. Lakin Qırmızı Ordunun səyləri nəticəsində üsyan yatırıldı.

1930-cu ilin mart ayında Qaraçaydakı kollektivləşdirmə zamanı baş verən haqqsızlıqlar insanların narazı çıxışlarına səbəb oldu. Hadisələrin aktiv iştirakçılarının ümumi sayı 5000 nəfərə çatırdı. Əli silahlı çıxış edənlərin sayı isə 2000 nəfərə bərabər idi. Sosial mənşə baxımdan üsyan edənlərin 220 nəfəri qolçomaqlara, 1059 nəfəri orta təbəqəyə 517 nəfəri isə kasıb təbəqəyə aid idilər. Sonuncular xüsusən bu hadisələrə qədərki üsyanların aktiv iştirakçılarından idilər. Üsyan rəhbərlərinin əsas hədəfləri bölgədə sovet hakimiyyətini yıxıb əsas mərkəzi şəhərləri(Mikoyan-Şəhər, Kislovodsk, Batallaşinsk) tutmaq idi. Lakin bu üsyan da yatırıldı[8].

1939-cu ilin siyahıya alınmasına görə SSRİ ərazisində 75 min 763[9] nəfər qaraçaylı var idi bunların 70.301 nəfəri Qaraçay Muxtar Vilayətində yaşayırdılar[10]. 1942-ci ilin avqust ayının əvvəlindən 1943-cü ilin yanvar ayının sonuna qədər Qaraçay Muxtar Vilayəti alman işğalı altında idi.

1943-cü il oktyabrın 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyyəti, 14 oktyabrda isə Xalq Komissarları Şurası qərar qəbul etdi ki Qaraçay Muxtar Vilayətinin qaraçaylı əhalisi Qazaxıstan SSRQırğızıstan SSR ərazilərinə sürgün olunsunlar[11]. Sənədlərdə səbəb kimi bunlar göstərilirdi;

«işğal dövründə bir çox qaraçaylılar özlərini satqın kimi aparmaqlarına, almanlar tərəfindən sovet hökumətinə qarşı təşkil olunmuş mübarizə dəstələrinə qoşulmaqlarına, dürüst sovet vətəndaşlarını almanlara satmaqlarına, Zaqafqaziya dağlarının dolaylarından hücuma gəlmiş, almanları müşayiət edib, yolları göstərməklərinə, düşmənlərin qovulmasından sonra isə sovet hökumətinin bölgədə etdiyi tədbirlərə qarşı çıxmaqlarına, hökumət orqanlarından cinayətkarları və alman casuslarını gizlədib onlara aktiv kömək göstərməklərinə görə.»[11][12].

Sürgünün təhlükəsizliyini təmin etmək məqsədi ilə bölgəyə 53.327 nəfər əsgər cəlb edilmişdir. Və 2 noyabr tarixində QazaxıstanQırğızıstana ümumilikdə 69.267 nəfər qaraçay sürgün edildi. Sonradan isə bölgənin bəzi yerlərində aşkarlanmış 329 nəfər və Qafqazın digər bölgələrində yaşayan 90 qaraçay da sürgün olundu. Qırmızı ordu sıralarında xidmət edən 2543 nəfər qaraçay da ordudan çıxarılaraq həbs olundular[12].

14 illik sürgündən sonra Xruşşovun dövründə qaraçaylılara da bəraət verildi və qaraçaylılar öz doğma torpaqlarına geri dönməyə başladılar.

Qaraçaylar türk dil ailəsinə aid olan qaraçay-balkar dilində danışırlar. Hazırda istifadə olunan türk dilləri içində ən çox qumuq dili ilə krım tatarcasına daha çox yaxındır. Ölü dillər içində isə “Codex Cumanicus”un yazıldığı kumanca (qədim qıpçaqca) dili ilə yaxındır. Əvvəl latın əlifbasından istifadə etsələr də hazırda kiril əlifbasından(1937-ci ildən) istifadə edirlər.

Qaraçayların islamı qəbul etmələri 16-cı əsrə təsadüf etsə bələ hələ 19-cu əsrdə onların inancları xristianlıqla, islamla və xristianlığa qədərki qədim inanclarla qəribə bir sintez təşkil edirdi. Hazırda isə qaraçayların böyük bir qismi islamın sünni məzhəbinə etiqad edirlər[13].

  1. 1 2 Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  2. Хотко С. Х. Карачай — страна на вершине Кавказа. Очерки истории и культуры Карачая. — Майкоп: «Полиграф-Юг», 2011. — С. 15-16.
  3. Бегеулов Р. М. "Карачай в Кавказской войне XIX века". — Черкесск, 2002. — С. 104. 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  4. "Василий Потто. XXVII. Покорение карачаевцев. Кавказская война. Том 5. Время Паскевича, или Бунт Чечни. История России. Библиотека". statehistory.ru. 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  5. Г. В. РОЗЕН. "Рапорт о переговорах с карачаевцами о возобновлении подданства России. 24 сентября 1834 г". 2015-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  6. Генерал от инфантерии Викентий Михайлович Козловский (Некролог) // Русский инвалид. 1873. № 21.
  7. Алиев У. Д. Карачай. Историко-этнологический и культурно-экономический очерк. — Черкесск: Истоки. Печатается по изданию: Умар Алиев. Карачай. Крайиздат. Севкавкнига. Ростов-на-Дону. 1927, 1991. — С. 181.
  8. "Доклад СОУ ОГПУ за время с 1 по 15 апреля 1930 г. об операции органов ОГПУ по кулацкой контрреволюции. 10 мая 1930 г. | Проект «Исторические Материалы»". istmat.info. 2017-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  9. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2011-08-23 tarixində arxivləşdirilib.
  10. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по регионам России". «Демоскоп». 2011-08-25 tarixində arxivləşdirilib.
  11. 1 2 Николай Бугай. "Депортация народов" (rus). Научно-просветительский журнал «Скепсис. 2013-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  12. 1 2 Павел Полян. "Принудительные миграции в годы второй мировой войны и после её окончания (1939–1953)" (rus). memo.ru. 2012-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  13. "Внешние факторы радикализации ислама на Кавказе" (rus). Институт религии и политики. 2011-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]