"Özünə nifrət edən yəhudi" və ya avtoantisemit (ivr. אוטואנטישמי, oto'antishémi; feminen forması – ivr. אוטואנטישמית, oto'antishémit) — hər hansı bir konkret məsələyə baxışı antisemitizm kimi qəbul edilən yəhudini təsvir etmək üçün istifadə edilən peyorativ termin.[1] Bu termin XXI əsrdə xüsusilə sağçı baxışları olan insanlar tərəfindən solçu baxışları olan və ya öz siyasi baxışlarına zidd olaraq qəbul edilən digər yəhudilərə qarşı peyorativ şəkildə geniş şəkildə tətbiq edilmişdir.
Anlayışın tanınması Almaniya yəhudilərindən olan filosof Teodor Lessinq tərəfindən 1930-cu ildə "Der jüdische Selbsthaß" (hərf. Yəhudi özünə nifrəti) kitabı nəşr edildikdən sonra geniş vüsət almışdır. Lessinq burada yəhudi ziyalıları arasında iudaizm haqqında fikirlərini ifadə edərək antisemitizmi qızışdırmağa yönəlmiş bir meyli izah etməyə çalışmışdır. İndiki dövrdə yəhudi diasporu daxilində özünə nifrətdən qaynaqlanan antisemitizm bəzi yəhudilərin Ərəb–İsrail münaqişəsini dərk etmələrinə görə öz kimliklərinə nifrət etmələri fonunda "Soyuq müharibə dövründə sionizmlə bağlı müzakirələrdə və ondan kənarda açar opprobrium termininin bir hissəsinə" çevrildiyi deyilir.[2]
Ronald Hendelə görə, yəhudilərin əcdadları olan İsrail övladları əcdadlarının adət-ənənələrini "yad" və "təhlükəli" kimi təsvir edərək Kənan irsini adətən rədd edirdilər. Filip Bohstrom İsrailin əcdadı olan İbrahiminamorey olduğuna inanır, lakin bu, sonradan amoreylərə qarşı Mesopotamiya qərəzlərini qəbul edən "Bibliya" müəllifləri tərəfindən anlaşılmaz hala gətirilmişdir.[3][4]
Gili Kluger iddia edir ki, "Bibliya"da Amalek övladları haqqında rəvayətlər İsrail xalqı arasında özünə nifrət hissini əks etdirir. Burada Amaleki özlərinin "xoş gəlməyən qardaşı", "rədd edilmiş oğlu" və İsrailin məxsusi günahlarına malik olan bir xalq kimi görürlər.[5]
Xristianlığın mərkəzi olan "Əhdi-cədid"də Həvari Pavelin məktubları, onun yəhudi mənşəli olmasına baxmayaraq, bəzi alimlər tərəfindən yəhudilərə qarşı yunan-Roma paqan münasibətini əks etdirən "ağına-bozuna baxmayan antiyəhudi polemika" kimi təsvir edilir.[6] Digərləri məktubların "Əhdi-ətiq" mövzuları ilə rezonans doğurduğunu iddia edirlər.[7]
"Antisemit yəhudi" bu ifadənin sinonimi olaraq da istifadə edilə bilər. "Özünə nifrət edən yəhudi" eyni zamanda afroamerikalı icmasında istifadə edilən "Tom əmi" termini ilə də müqayisə edilmişdir.[8][9] "Avtoantisemitizm" termini (ivr. אוטואנטישמיות, "autoantişemiut") ivrit dilində də bunasinonim olaraq istifadə olunur.[10][11][12] "Haaretz"də dərc edilən köşə yazısında Uzi Zilber "Yəhudi qripi" ifadəsini yəhudilərin özünə nifrətinin sinonimi kimi istifadə etmişdir.[13]
Theodor Lessing, "Jewish Self-Hatred", Nativ (Hebrew: translated from German), 17 (96), 1930/2004, pp. 49–54 (Der Jüdische Selbsthass, 1930).
Kurt Lewin, "Self-Hatred Among Jews", Contemporary Jewish Record, June 1941. Reprinted in Kurt Lewin, Resolving Social Conflicts: Selected Papers on Group Dynamics, Harper & Row, 1948.