Almaniya Milli Yəhudilər Assosiasiyası

Almaniya Milli Yəhudilər Assosiasiyası (alm. Verband nationaldeutscher Juden‎) — Veymar Respublikası dövründə və Üçüncü Reyxin ilk illərində Adolf Hitleri dəstəkləyən Almaniya yəhudilərindən ibarət təşkilat.

Almaniya Milli Yəhudilər Assosiasiyası

alm. Verband nationaldeutscher Juden
Sədri Maks Nauman[d]
Qurucu
Quruluş tarixi 1921
Dağılma tarixi 1935
Baş qərargah
İdeologiya
Üzv sayı ~3.500
Mətbuat orqanı «Der nationaldeutsche Jude»

Almaniya Milli Yəhudilər Assosiasiyası 1921-ci ilin aprel ayında Maks Nauman tərəfindən təsis edilmişdir.[1] O, 1921–1926-cı və 1933–1935-ci illərdə təşkilatın sədri olmuşdur.[2] Siyasi baxımdan, assosiasiya milli mühafizəkar və monarxist Alman Milli Xalq Partiyasına yaxın idi, hansı ki, assosiasiya ilə əməkdaşlıq etməkdən imtina etmişdir.[3]

Assosiasiyanın fəaliyyətləri arasında yəhudilərin alman məhsullarını boykot eləməsinə qarşı mübarizə aparmaq da var idi.[4] Onlar həmçinin, ölkədə yəhudilərə ədalətli şəkildə davranıldığını vurğulayan manifest yayımlamışdılar.

1934-cü ildə qrup belə bu bəyanatı yaymışdır:

" Biz həmişə qırılmaz surətdə bağlı olduğumuz Almaniya xalqının və vətəninin rifahını öz rifahımızdan yuxarıda tutmuşuq. Beləliklə, bizə şəxsən çətinliklər yaratmasına baxmayaraq, 1933-cü ilin yanvar ayınının nəticələri xoş qarşılayırıq.[5] "

Ekstremal vətənpərvərliklərinə baxmayaraq, Almaniya hökuməti onların hədəflərini və assimilyasiya olmaqlarını qəbul etməmişdir. Almaniya Milli Yəhudilər Assosiasiyası qeyri-qanuni olduğu bəyan edilir və 18 noyabr 1935-ci ildə ləğv edilmişdir. Maks Nauman həmin gün Gestapo tərəfindən həbs edilir və «Kolumbiya» həbs düşərgəsinə göndərilir. O, bir neçə həftə sonra sərbəst buraxılır. Xərçəng xəstəliyindən əziyyət çəkən Naumann 1939-cu ilin may ayında vəfat edir.[6]

Mətbuat orqanı

[redaktə | mənbəni redaktə et]

Assosiasiyanın rəsmi orqanı Maks Nauman tərəfindən redaktə olunan aylıq «Der nationaldeutsche Jude» jurnalı idi. Jurnalın 1927-ci ildəki tirajı 6.000 idi.[7]

Assosiasiyanın hədəfləri yəhudilərin alman Folksgemaynşaftına tamamilə assimilyasiya olması, yəhudi kimliyinin özləri tərəfindən aradan qaldırılması və Şərqi Avropadan Almaniyaya gələn yəhudi immiqrantların sürgün edilməsi idi.[1] Naumann xüsusilə də sionistlər və Şərqi Avropadan gələn yəhudilərə qarşı idi. Onun fikrinə görə, sionistlər yəhudi inteqrasiyasına bir təhlükə idi və onlar Birləşmiş Krallığın imperialist məqsədlərinə xidmət göstərən irqçi ideologiyanı daşıyırdılar. Naumann Şərqi Avropa yəhudilərini irqi və mənəvi cəhətdən aşağı görürdü.[6]

Almaniya yəhudilərinin Hitleri dəstəkləməklərinin səbəblərini mübahisəli bir mövzudur. Bir ehtimala görə, bəzi yəhudilər onun antisemitizminin sadəcə "kütlələri oyatmaq" üçün olduğunu fikirləşirdilər.[2]

Hər hansı bir yəhudi təşkilatının nasist rejiminə və proqramına sədaqəti təbliğ etməsi cəfəng bir fakt olduğundan müasir dövrdə Naumann və onun tərəfkeşləri zarafat mövzusuna çevrilib. Bir zarafata görə, assosiasiya yığıncaqlarını Hitler salamı verərək və "Rədd olaq!" deyərək sona çatdırırdılar.[8][9]

  1. 1 2 Zayıdzadə, Ayxan. "Almaniyanın "milli" yəhudiləri". azevoice.az (az.). Aze Voice. 17 aprel 202}. 20 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2021.
  2. 1 2 Qordon, Sara Ann. Hitler, Germans, and the "Jewish question (ingilis). Prinston: Princeton University Press. 1984. səh. 47. ISBN 0-691-10162-0.
  3. Hambrok, Mattias. Die Etablierung der Aussenseiter. Der Verband nationaldeutscher Juden 1921-1935 (alman). Köln: Böhlau. 2003. səh. 367. ISBN 3-412-18902-2. JSTOR 20741334.
  4. Hambrok, Mattias. Die Etablierung der Aussenseiter. Der Verband nationaldeutscher Juden 1921-1935 (alman). Köln: Böhlau. 2003. səh. 59. ISBN 3-412-18902-2. JSTOR 20741334.
  5. Ştoltsfus, Natan. Resistance of the heart. Intermarriage and the Rosenstrasse protest in Nazi Germany. London: Weidenfeld and Nicolson. 1982. səh. 315. ISBN 0-393-03904-8.
  6. 1 2 Vistrix, Robert S. Who’s who in Nazi Germany (ingilis). London: Weidenfeld and Nicolson. 1982. səh. 177. ISBN 0-297-78109-X.
  7. Zimmermann, Moşe. Geschichte des deutschen Judentums 1914–1945 (alman). Münhen: Oldenbourg. 1997. səh. 32. ISBN 3-486-55080-2.
  8. Gessner, Robert. "Arxivlənmiş surət" (ingilis). Nyu-York. 1936: 81. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-30.
  9. Hambrok, Mattias. Die Etablierung der Aussenseiter. Der Verband nationaldeutscher Juden 1921-1935 (alman). Köln: Böhlau. 2003. səh. 578. ISBN 3-412-18902-2. JSTOR 20741334.
  • Qordon, Sara Ann. Hitler, Germans, and the "Jewish question (ingilis). Prinston: Princeton University Press. 1984. ISBN 0-691-10162-0.
  • Hambrok, Mattias. Die Etablierung der Aussenseiter. Der Verband nationaldeutscher Juden 1921-1935 (alman). Köln: Böhlau. 2003. ISBN 3-412-18902-2. JSTOR 20741334.
  • Ştoltsfus, Natan. Resistance of the heart. Intermarriage and the Rosenstrasse protest in Nazi Germany. London: Weidenfeld and Nicolson. 1982. ISBN 0-393-03904-8.
  • Vistrix, Robert S. Who’s who in Nazi Germany (ingilis). London: Weidenfeld and Nicolson. 1982. ISBN 0-297-78109-X.
  • Zimmermann, Moşe. Geschichte des deutschen Judentums 1914–1945 (alman). Münhen: Oldenbourg. 1997. ISBN 3-486-55080-2.