Özəl şəbəkə və ya şəxsi şəbəkə — internet şəbəkəsində IP-ünvanların şəxsi ünvan məkanından istifadə edən kompüter şəbəkəsi. Bu ünvanlar adətən yaşayış, ofis və müəssisə mühitlərində yerli şəbəkələr (LAN) üçün istifadə olunur. Həm IPv4, həm də IPv6 spesifikasiyası şəxsi IP-ünvan diapazonlarını müəyyən edir.[1][2]
Özəl şəbəkə ünvanları heç bir xüsusi təşkilata verilmir. Hər kəs bu ünvanlardan regional və ya lokal internet reyestrlərinin təsdiqi olmadan istifadə edə bilər. Özəl IP-ünvan boşluqları əvvəlcə IPv4 ünvan tükənməsini gecikdirməyə kömək etmək üçün müəyyən edilmişdir. Özəl IP-ünvanından gələn və ya ona ünvanlanan IP paketləri ictimai internet vasitəsilə yönləndirilə bilməz.
İnternet Mühəndisliyi üzrə Xüsusi Komissiya (IETF) İnternet Nömrələrinin Verilməsi Mərkəzinə (IANA) şəxsi şəbəkələr üçün aşağıdakı IPv4 ünvan diapazonlarını ehtiyatda saxlamağı tapşırmışdır:[1]
RFC 1918 adı | IP-ünvan diapazonu | Ünvanların sayı | Ən böyük CIDR bloku (alt şəbəkə maskası) | Host ID ölçüsü | Maska bitləri | Sinifli izah[3] |
---|---|---|---|---|---|---|
24-bit blok | 10.0.0.0 – 10.255.255.255 | 16777216 | 10.0.0.0/8 (255.0.0.0) | 24 bit | 8 bit | single class A network |
20-bit blok | 172.16.0.0 – 172.31.255.255 | 1048576 | 172.16.0.0/12 (255.240.0.0) | 20 bit | 12 bit | 16 contiguous class B networks |
16-bit blok | 192.168.0.0 – 192.168.255.255 | 65536 | 192.168.0.0/16 (255.255.0.0) | 16 bit | 16 bit | 256 contiguous class C networks |
Praktikada bu diapazonları daha kiçik subnetlərə bölmək adi haldır.