Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor.[1]
Özbək Əliyev | |
---|---|
Özbək Misirxan oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Mükafatları |
60 illiklə əlaqədar Fəxri Fərman “Görkəmli nailiyyət” medalı |
Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunun əyani aspiranturasında oxumuşdur.[2]
O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[1]
Özbək Əliyev 1972-1986-cı illərdə AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. [1]
Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir. Onun hal diaqramlarının öyrənilməsi sahəsində əldə etdiyi elmi məlumatlar “Физко-химические свойства полупроводниковых соединений” (Moskva,1978), Azərbaycanda sintez olunmuş yarımkeçirici birləşmələr (Bakı, 2004) sorğu kitablarına daxil edilmişdir.
Özbək Əliyev “Polisulfid fazaların və mineralların bazasında çoxkompo-nentli yarımkeçirici birləşmələrin proqnozu və sintezinin elmi əsaslarının hazırlanması” elmi istiqamətinin müəllifidir. Göstərilən elmi istiqamət sayəsində cihazqayırma, termoelementlər, fotoelementlər, akustooptik ultrasəs keçiriciləri, rentgen-qamma detektorlar, elektretlər, lüminoforlar və s. istehsalı üçün perspektiv qeyri-üzvi materialların məqsədli sintezinin yeni elmi üsulu işlənmişdir.[1]
Üç və dörd komponentli sistemlərdə yerinə yetirilmiş təcrübi və nəzəri tədqiqatlar nəticəsində mürəkkəb tərkibli fazaların əmələgəlmə mexanizmi ilə bağlı bir sıra yeni ümumi qanunauyğunluqlar müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, fiziki-kimyəvi xassələrin kristal qəfəs parametrlərinin mürəkkəb və qeyri-additiv dəyişməsi qəfəsdə metal və qeyri-metal atomlarının əvəz olunması ilə idarə oluna bilən ölçü və elektron faktorlarının birlikdə təsirinin nəticəsidir.
Kristal quruluşunun defektliyi nəzərə alınmaqla çətin əriyən birləşmələrin qarşılıqlı həll olunması üçün miqdari kriteriya təklif olunmuş, oksid, sulfid, selenid və telluridlər əsasında 600-dən artıq kvazibinar sistemlər üçün qarşılıqlı həll olmanın xarekteri müəyyən edilmişdir.
Çətin əriyən və davamsız birləşmələrin aşağı temperaturda alınması üçün sadə və məhsuldar metod işlənmişdir. Bu məqsədlə materialşünaslıqla məşğul olan müxtəlif müəssisələrdə istifadə olunan yeni sulfidləşdirici reagenе təklif olunmuşdur.
Qarşılıqlı üçlü sistemlər üzrə aparılan tədqiqatlar xüsusi məqsədlər, məsələn, rəngli televiziya üçün fotomişenlərin və akustooptik, ultrasəs keçiricilərinin hazırlanmasında böyük əhəmiyyətə malik olan xalkogenid şüşələrin alın¬ması üçün əsas olmuşdur. “Nadir torpaq elemenlərinin fizika və kimyası”, “Fiziki-kimyəvi analiz”, “Maqnit yarımkeçiriciləri” problem soventlərinin (1980-1991), QÜFKİ (Kimya Problemləri) İnstitutunun Elmi Şurasının üzvü (1987-2003), İxtisaslaşdırılmış Müdafiə Şurasının katibi (1987-1993) və AAK-nın kimya üzrə Ekspert Şurasının üzvü olmuşdur. Müdafiə Şurasının nəzdində fəaliyyət göstərən Elmi Seminarın həmsədridir.<ref name="cb34"/
Özbək Əliyev 420-dən çox elmi əsərin (onlardan 300-ü xarici ölkələrdə) o cümlədən, 45 ixtira və patentin, 12 kitab və dərsliyin, 3 məcmuənin müəllifidir.
• П.Г.Рустамов, О.М.Алиев, А.В.Эйнуллаев, И.П.Алиев. Халькогенаты редких элементов.М.: Москва,1998, 284 с.
• О.М.Алиев, А.П.Гуршумов, А.Б.Агаев. Редкоземельные полупроводники. Баку, РПСНИХ Азерб. 1992, 520 с.
• Ö.M.Əliyev, F.M.Sadıqov, Ç.İ.Əbilov. Yarımkeçiricilərin kimyası və texnologiyası praktikumu. Bakı: ADPU-nun nəşri, 1996, 278 s.
• Ö.M.Əliyev, A.P.Qurşumov, V.Ö.Əliyev. Soyuq işıq (Qeyri-üzvi lüminoforlar). Bakı: Elm, 1997, 218.s.
• Ö.M.Əliyev, S.T.Bayramova, V.Ö.Əliyev. “Qeyri-üzvi kimya kursu” (dərslik). Bakı: MBM, 2009 (I hissə), 426 s.
• Ö.M.Əliyev, V.Ö.Əliyev. “Qeyri-üzvi kimya kursu” (III hissə). Bakı: MBM, 2009 (Ihissə), 624 s.
• Ö.M.Əliyev, R.M.Ağayeva, H.R.Qurbanov. Nadir elementlərin kimyası. Bakı: Elm, 2014, 428.s.
Professor Özbək Əliyevin məqalələrinin 320-dən çoxu xaricdə dərc olunub. Onlardan bir qismi aşağıdakılardır:
Kimya elmləri doktoru, professor Özbək Əliyevin 44 müəlliflik şəhadətnaməsi və patenti var. Onlardan bəziləri aşağıdakılardır:
O, Rusiyada (1972-2015), Sürix (1985), Macarıstanda (1991), Türkiyədə (2004) və Belarusda (2012) keçirilən beynəlxalq konfrans və simpoziumlarda elmi məruzəçi kimi iştirakı etmişdir.
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Müdafiə Şurasının nəzdində fəaliyyət göstərən seminarın həmsədri
Özbək Əliyev 50-dən artıq fəlsəfə doktoru və kimya üzrə elmlər doktoru dissertasiyalarına rəy vermiş, 2 doktorluq dissertasiyası işinin elmi məsləhətçisi olmuşdur
Özbək Əliyevin rəhbərliyi ilə 21 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanmışdır; 20 kimya üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarına opponentlik etmişdir.
Özbək Əliyev 2000-2003-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi kimya və KTM” kafedrasının professoru vəzifəsində çalışmışdır.