Özbək qızı

Özbək qızı - İkinci Dünya müharibəsinin Şərq Cəbhəsində Qırmızı Ordu sıralarında xidmət etmiş olan bir özbək snayperçi qız haqqında Əkbər Bekturdiyevin çəkmiş olduğu hərbi dramdır. Film Özbəkistan Kinematoqrafiya Agentliyinin sifarişi əsasında Belarus kinorejissorlarının iştirakı ilə “Cinema of Central Asia” kino şirkəti tərəfindən çəkilmişdir.

Özbək qızı
Rejissor Əkbər Bekturdiyev
Prodüserlər Firdavs Abduxoliqov
Feruza Bekturdiyeva
Baş rollarda Aysanem Yusupova
Feruza Saidova
Yigitali Mamajonov
Oleg Taktarov
Sergey Lapanitsin
Milana Ivanova
Yigitali Mamajonov
Studiya

“Sinema of Sentral Asia»

"Parason Prodakshn"
Ölkələr  Özbəkistan
Dil özbək dili

Hərbi silah məktəbinin məzunlarından biri olan 18 yaşlı snayperçi Cəmilə (Aysenem Yusupova) sevgilisi döyüş cəbhələrindən birində döyüşdüyü zaman özü də Belarusda Kalinin cəbhəsində könüllü olaraq xidmət edir. Cəmilə döyüş hazırlığı keçir və döyüşə tam olaraq hazırlaşdırılır. O, bütün çətinliklərə, məhrumiyyətlərə dözür, mərdliklə vuruşur, lakin yaralanaraq almanlara əsir düşür. Hadisələrin sonrakı inkişafı nəticəsində, Cəmilə nasistlər üçün məxfi formada işləyən üç agentdən biri olan sevgilisini tapır. Sevgilisi, Cəmiləni almanlardan xilas edərək onu meşəyə doğru apararkən Belarus partizanları onları dayandırırlar.