Özbəkistan | ||
Reytinqdə sırası | 55 (2014 yanvar ayı üçün)[1] | |
Konfederasiya | AVC | |
Federasiya | VNZ | |
Məşqçi | Leonid Ayrapetyants | |
İnternet Saytı | - | |
Asiya və Okeaniya çempionatı | ||
---|---|---|
İştirakı | 5 dəfə (debütü 1993-cü il) | |
Ən yaxşı nəticəsi | 6-cı yer: 1993, 1997 |
Özbəkistan qadın milli voleybol komandası — Özbəkistanı qadın voleybolunda beynəlxalq arenada təmsil edən milli komanda. Komandaya Özbəkistan Voleybol Federasiyası nəzarət edir. Özbəkistan Mərkəzi Asiya ölkəsi olduğu üçün federasiyası Asiya Voleybol Konfederasiyasının tabeliyindədir.
Özbəkistan SSRİ-nin tərkibindən çıxıb yalnız 1991-ci ildə müstəqil olduğundan ölkənin idman sahəsində irəliləməsi bir qədər gec oldu. Buna qədər isə bütün idman növlərində olduğu kimi voleybolda da Özbəkistanın oyunçuları Sovet Sosialist Respublikaları İttifaqının komandalarında oynayırdı. Müstəqillik illərindən sonra da Özbəkistan voleybolçuları heç də öz milli komandalarını seçmirdilər. Ölkənin yetişdirdiyi ən güclü voleybolçulardan bəlkə də ən birinci Polina Rəhimovanın bu ölkə vətəndaşı olması ilə Azərbaycan milli komandasını seçməsi bunun bariz nümunələrindəndir.
Özbəkistanın iştirak edə bildiyi ən böyük turnir Asiya və Okeaniya çempionatıdır. Bu turnirin də yalnız dörd dəfə final mərhələsinə yüksələ bilən milli komandanın iki dəfə tutduğu altıncılıqdan başqa uğuru yoxdur. Komanda 2007 və 2009-cu illərdə müvafiq olaraq 13-cü və 12-ci yerləri tuta bilsə də, 2011 və 2013-cü illərdə final mərhələsinə belə yüksələ bilməyiblər. Bütün bunlarla belə önəmli gələcək vəd edən Özbəkistan qadın voleybolu FIVB reytinq siyahısında ilk 55-likdədir.
İl | Təşkilatçı ölkə | Nəticəsi |
---|---|---|
1991 | Tailand | təsnifat keçilmədi |
1993 | ÇXR | 6-cı yer |
1995 | Tailand | təsnifat keçilmədi |
1997 | Filippin | 6-cı yer |
1999 | Honkonq | 7-ci yer |
2001 | Tailand | təsnifat keçilmədi |
2003 | Vyetnam | təsnifat keçilmədi |
2005 | ÇXR | təsnifat keçilmədi |
2007 | Tailand | 13-cü yer |
2009 | Vyetnam | 12-ci yer |
2011 | Çin Respublikası | təsnifat keçilmədi |
2013 | Tailand | təsnifat keçilmədi |