Polina Rəhimova (5 iyun 1990[1], Fərqanə) — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur.
Polina Rəhimova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1990[1] (34 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Voleybolçu məlumatları | |
Boyu | 1.98 |
Çəkisi | 76 kq |
Zərbəsi | 324 sm |
Bloku | 310 sm |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası | Petrokimia Gresik |
Nömrəsi | 17 |
Həvəskar karyerası | |
2005–2007 | Nəqliyyatçı |
Klub karyerası | |
2005–2007 2007–2014 2014–2015 2015–2017 2017–2018 2018 2019 2019–2021 2021–2022 2022 2022–2023 2023 2023–2024 2024 |
Azərreyl Bakı |
Milli komanda karyerası | |
2007–h.h. | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub.
2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı. Bu transferlə Polina karyerasında ilk dəfə olaraq legioner həyatı yaşayıb.[2] 2015-ci il üçün isə o, Yaponiyanın "Toyota Auto Body" kollektivi ilə bir illik müqavilə imzalayıb.[3]
2015-ci il dekabrın 12-si keçirilən Hitaçi Riveyllə oyunda Polina Rəhimova bir oyuna ən çox xaltoplamaq üzrə 58 xalla dünya rekorduna imza atıb.[4]
2017-ci ildə o, Türkiyənin "Fenerbahce" klubuna transfer olub və türk liqasında oynamağa haqq qazanıb.
2018-ci ildə o, İtaliyanın “Pomi Casalmaggiore“ klubuna transfer olunub.
2019-ci ildə isə o, yendən Türkiyənin “THY Turkish airlines" klubuna transfer olunsa da, həmin ildə Braziliyanın “Sesi Bauru” klubuna transfer olunaraq 2021-ci ilədək bu klubda çıxış edib. Braziliyada 2021-ci ildə o, türkiyəli biri ilə tanış olub və ailə həyatı qurub.
2021-cu ildə o, İtaliyanın “VBC Casalmaggiore“ klubuna transfer olunub.
2022-ci ildə isə o, Vyetnamın “Geleximko Thai Binh” klubuna transfer olunub.
2023-cü ildə isə o, Türkiyənin “Kuzeyboru” komandasına transfer olunub.
2023-cü ildə o, yenidən Vyetnama qayıdıb. “DGC” klubuna transfer olunub.
2024-cü ildə isə o, Türkiyənin “Karayolları“ klubundan İndoneziyanın "Petrokimia Gresik" klubuna transfer olunub.
Rəhimova ən son 2023-cü ildə Voleybol üzrə Avropa Çempionatında Azərbaycan millisində çıxış edib.