Özbəkistanda uyğurlar

Özbəkistanda uyğurlarÖzbəkistan müstəqillik əldə etdikdən sonra orada formalaşmış uyğur etnik azlığı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Postsovet məkanından Daşkənddə tarançılar məskunlaşmışdılar. Çinin təzyiqi nəticəsində Şərqi Türküstandan qaçan qaşqarlılar Fərqanədə məskunlaşmışdır, gələcəkdə uşaqları məktəbdə, universitetlərdə oxusun, həm də işlə təmin olunsun deyə əksəriyyəti özbək kimi qeydiyyatdan keçmişdir.[1][2]

Özbəkistandakı uyğurlar xüsusilə postsovet dövründə güclü mədəni və siyasi assimilyasiyaya məruz qalırlar.[3]

Demoqrafiya[redaktə | mənbəni redaktə et]

Özbəkistandakı uyğur icmasının ölçüsü məlum deyil.[2][4] 1989-cu il siyahıyaalınmasına əsasən, Özbəkistan SSR-də təxminən 36,000 uyğur yaşayırdı (əhalinin 0,2%-i) və o vaxtdan bəri tam siyahıyaalma aparılmamışdır. Statistik məlumatlara görə, 2000-ci ildə uyğur icması təxminən 19,500 nəfərdən ibarət idi.[2][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Невидимые уйгуры Узбекистана Информация о бедственном положении уйгуров подвергается негласной цензуре". eurasianet.org. Jul 2, 2019. 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-18.
  2. 1 2 3 Валентина Сченснович. Россия и мусульманский мир. 2012. ISBN 5457830802. "Arxivlənmiş surət". Archived from the original on 2022-07-28. İstifadə tarixi: 2022-10-24.
  3. "Uyghur Muslims and China: A multifaceted issue beyond its humanitarian implications". unav (ingilis).
  4. "Uyghur Muslims and China: A multifaceted issue beyond its humanitarian implications". unav (ingilis).
  5. "Народы Узбекистана: Уйгуры". mg.uz. 26.07.2010. 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.