Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Özcan Yenicəri (1 yanvar 1954, Şiran, Gümüşhane ili) — Türkiyə alimi və siyasətçisi[1]
Özcan Yeniçeri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1954 (70 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Ankara Ticarət və Turizm Ali Təhsil məktəbinin mühasibat uçotu fakültəsini bitirib. Uludağ Universitetində magistr dərəcəsini və Erciyes Universitetində idarəçilik ixtisasından doktorluq dərəcəsini müdafiə edib. Bir müddət orta məktəbdə ibtidai müəllim və rəhbər vəzifəsində işləyib. 1990-cı ildə Selçuk Universiteti İqtisadiyyat və İdarəçilik elmləri fakültəsində müəllim işləyib. Bir müddət Niğde Peşə Liseyinin müdiri vəzifəsinə çalışıb.
1998-ci ildə dosent oldu. Əhməd Yesevi Universitetinin Beynəlxalq münasibətlər fakültəsini təsis edib və onun rəhbəri vəzifəsini icra edib. 1999-ci ildə Ahmet Yesevi Strateji Araşdırma Mərkəzinin rəhbəri təyin edilib. Həmin ildə idarəçilik fakültəsinin professoru olub.
Ailəlidir, dörd övladı var.
2011-ci ildə keçirilən seçkilərdə Milliyətçi Hərəkat Partiyası Ankara millət vəkili seçilib. Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının, Türkiyə-Danimarka və Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq qrupunun üzvü olub. Fransız dilini bilir.
14 nəşr olunmuş kitabı var.
Prof. Dr. Osman Turan Mədəniyyətşünaslıq mükafatına layiq görülüb.