Özge Kırdar (26 iyun 1985, Kütahya) – köhnə türk qadın toppaylayıcı.
Özge Kırdar | |
---|---|
türk. Özge Kırdar | |
Şəxsi məlumatlar | |
Tam adı | Özge Kırdar Kinasts |
Doğum tarixi | |
Doğum yeri | Kütahya Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Voleybolçu məlumatları | |
Boyu | 1.82 m |
Çəkisi | 75 kq |
Zərbəsi | 297 sm |
Bloku | 292 sm |
Mövqeyi | Toppaylayıcı |
Həvəskar karyerası | |
1999-2000 | Günəş Sığorta |
Klub karyerası | |
2000-2003 2003-2006 2006-2007 2007-2008 2008-2012 2012-2013 2013-2015 2015- 2016 2016-2017 2018-2020 |
Vakıfbank Yaşılyurd Fənərbaxça Ereyli Belediyespor VakıfBank Əczacıbaşı MKS Dąbrowa Górnicza Lokomotiv Bakı Bursa Büyükşehir Belediyespor Türk Hava Yolları |
Milli komanda karyerası | |
2009– | Türkiyə |
Vikianbarda əlaqəli mediafayllar |
Voleybola əkiz bacısı Gözde Kırdar Sonsırma ilə birlikdə doğulduğu Kütahyada başlamışdır. Peşəkar karyerası isə 1999-cu ildən Günəş Sığortada başlayır. 2003-cü ilə qədər Vakıfbankda forma geyinmişdir.
2006–07 sezonunu Fənərbaxça Qadın Voleybol Komandası ilə keçirmişdir. Ertəsi il Ereyli Bələdiyyəspora transfer olunmuşdur. 2008-ci ildə doğma komandası Vakıfbanka geri dönmüş və burada CEV Qadınlar Çempionlar Liqasını (2010–11 mövsümündə) qazanmışdır. Bu turnirin "Ən yaxşı ötürücü"sü isə Özge olmuşdur.
2009-cu ildən etibarən Türkiyə Milli Voleybol Komandasına çağrılır. Milli komanda ilə birlikdə 2008 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
2012–13 sezonunu Əczacıbaşında keçirmişdir.[1] Kulub rəhbərliyi ilə qarşılıqlı anlaşaraq növbəti mövsüm Polşaya Tauron MKS Dabrova Gorniczaya transfer olunmuşdur.[2]