Üçüncü Lozanna konfransında türk-tatar heyəti

Üçüncü Lozanna konfransında türk-tatar heyətiRusiya imperiyası türk xalqlarının millətlər birliyinin üçüncü Lozanna konfransında (1916, 27-29 iyun) iştirak edən nümayəndə heyəti.

Üzvləri[redaktə | mənbəni redaktə et]

Nümayəndə heyətinin tərkibinə azərbaycanlılardan Əli bəy HüseynzadəƏhməd Ağaoğlu, Kazandan Yusif Akçuraİbrahim Əbdurrəşid, buxaralı Beycan Mukiməddin, qazax və qırğızlar adından Məhəmmədsəfər Əhmədov, Dağıstandan qumıq Əhmədsaib Kaplanov, Seyid Tahir, çərkəz Əziz Məkər və b. daxil idilər. Heyət üzvləri İsveçrə, Osmanlı dövləti, Bolqarıstan, Almaniya və Avstriya-Macarıstanda konfranslar keçirərək ictimai rəyi Rusiya İmperatorluğunda yaşayan türklərin problemlərinə yönəltməyə çalışmışlar. Üçüncü Lozanna konfransında nümayəndə heyətinin birgə mətn təqdim etmək hüququ olmadığı üçün nümayəndələr ayrı-ayrılıqda öz millətlərinin vəziyyəti, haqlarının pozulması barədə çıxışlar etmiş, onların həlli yollarını göstərmişdilər. Konfransın gedişində nümayəndə heyəti üzvlərinin tələbləri çap edilərək (18 səhifə) yayımlanmışdır. Nümayəndələr konfransa hələ 1915-ci ilin dekabrında çap olunmuş memorandum təqdim etmişdilər. Memorandumda deyilirdi:

" Rusiya öz təbəəsi olan türk və digər müsəlman xalqlarının ən təbii məmburə müqəddəs haqlarını cəbrən əbərindən almışdır. Onlara öz irqdasları ilə hər cür təmas və münasibət təsisi yasaq edilmişdir. Məsələn, kazanlı vəya qafqazlı türkə Türküstan və qırğız yerlərində mülk və ərca torpaq almaq qətiyyən qadağandır. Rusiyadakı müsəlmanlar ən müqəddəs dini vəzifələrini belə icradan məhrum bııraxılırlar, hər cür dini və milli tərbiyə imkanı onların əllərindən alınmışdır. Əllərimizi göyə qaldıraraq xahiş edirik: bizi rus zəncirindən xilas ediniz. "

Bununla belə, müharibədə Rusiyaya qarşı hərbi əməliyyatlar aparan dövlətlər türk və müsəlman xalqlara diqqətlərini artırsalar da, onların hüquqlarının müdafiəsi üçün əməli addımlar atmadılar.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Məmmədzadə M.B., Milli Azərbaycan hərəkatı. B.. 1992;
  • Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, h. l. B.. 2000;
  • Kurat M., Türkiye ve Rusiya. Ankara, 1990;
  • Bayat Ali Haydar, Hüseynzade Alibey, Ankara, 1998.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Üçüncü Lozanna konfransında türk-tatar heyəti // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 417. ISBN 9952-417-44-4.