Yusif Akçura (türk. Yusuf Akçura, tatar. Yosıf Aqçura, Yosıf Aqçurin; 2 dekabr 1876[1], Simbirsk – 11 mart 1935, İstanbul) — tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı, Türk Tarix Qurumunun ilk sədri.
Yusif Akçura | |
---|---|
tatar. Yosıf Aqçura | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1876[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 mart 1935 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, jurnalist, universitet müəllimi[d], tarixçi, publisist |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2], tarix[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan Yusif Akçura elmin müxtəlif sahələlərində çalışmışdır. Yazdığı elmi və publisistik əsərlərə görə qısa müddətdən sonra bir vaxtlar mühacirət etməli olduğu Türkiyədə yenidən sevilməyə başlamışdır.
Yusif Akçura 1876-cı ildə Rusiyanın Ulyanovsk vilayətinin Simbirsk şəhərində anadan olmuşdur. Y. Akçura iki yaşında olarkən çuxa istehsal edən fabriki olan atası Həsən Akçurin vəfat edir və ardınca anası Bibi Qəmər Banu xanımın xəstəliyi ilə əlaqədar olaraq ailə 1883-cü ildə İstanbula köçür. Yusifin anası burada dağıstanlı Osman bəylə evlənir və Osman bəy Y. Akçuranın təlim-tərbiyəsi ilə yaxından məşğul olmağa başlayır. Burada Y. Akçura 1883–1886-cı illərdə ibtidai məktəbi, 1886–1892-ci illərdə isə orta məktəbi bitirir. 1892–1896-cı illərdə isə İstanbul Hərbiyyə məktəbində təhsilini davam etdirir. Hərbiyyə məktəbində oxuyarkən Yusif Akçura yeni-yeni formalaşan türkçülük hərəkatları ilə maraqlanmağa, dövrün ideoloqlarının əsərlərini oxumağa başlayır. Ona təsir edən ilk şəxs tez-tez evlərində qonaq olduğu, əmisi qızı Zöhrə Akçurinanın həyat yoldaşı olan türk dünyasının məşhur şəxslərindən olmuş İsmayıl bəy Qaspıralı olur. Eyni zamanda Yusif Akçura Vələd Çələbi, Nəcib Asim bəy, Bursalı Məhəmməd Tahir kimi türkçülərin irsini mənimsəyir və Osmanlı tarixini və fransız dilini dərindən öyrənir.
Qısa zamanda Yusif Akçuranın fəal fəaliyyət göstərməsi onun Gənc türklər hərəkatı ilə əlaqəsi olduğu iddia edilərək tezliklə həbs edilməsinə səbəb olmuşdur. 1897-ci ildə Sultan Əbdülhəmidin əmri ilə Trablisə sürgün edilir. İttihad və Tərəqqi partiyasının sultanla apardığı danışıqlardan sonra Yusif Akçuraya intizam verilir və o, bundan istifadə edərək dostu Əhməd Fərid bəylə birlikdə Parisə mühaciət edir. 1899–1903-cü illərdə Fransanın Siyasi Elmlər Akademiyasında təhsil alan Y. Akçura burada tanınmış Avropa alimlərindən dərs alır, eyni zamanda Fransada böyük gücə malik olan Gənc Türklərlə əlaqələrini möhkəmləndirir. Təhsilini tamamladıqdan sonra Türkiyəyə dönməsi qadağan olunduğu üçün 1904-cü ildə Rusiyaya dönür və 1908-ci ilə qədər burada qalır.
Bu dövrdə Yusif Akçura "Kazan müxbiri" adlı qəzetin redaktoru olur, "Rusiya müsəlmanları ittifaqını" yaradır, türkçülüyə aid ən məşhur yazılarını yazır. Dumaya millət vəkili seçiləcəyi üçün, bu prosesin qarşısını almaq məqsədilə 1906-cı ildə həbs edilir. Hadisədən sonra 1908-ci ildə Osmanlıda məşrutiyyənin elanından sonra İstanbula qayıdır. Bu dövrdə türkçü dərnəklərin qurulmasında iştirak edir, "Türk yurdu" dərgisini yaradır. Cumhuriyyətin elanında qədər bir sıra vəzifələrdə çalışan Y. Akçura TBMM-ə millət vəkili seçilir və 1932-ci ildən ölümünədək Türk Tarix Qurumu adlı dövlət təşkilatına rəhbərlik edir. Yusif Akçura 1935-ci ildə İstanbulda ürək tutmasından dünyasını dəyişir.
Yusif Akçuranın ilk yazısı Rusiya ilə Osmanlı türklərinin bir-birilərini tanıması məqsədilə yazdığı 1897-ci ildə, İstanbulun "Məlumat" dərgisində nəşr olunan "Şəhabəddin Mərcani" adlı bioqrafiya xarakterli məqalədir. İstanbulda oxuyarkən tətil vaxtlarını Kazanda və Simbirskidə keçirən Y. Akçura Rusiya türklərinin həyatını öyrənir, dövrün tanınmış öndərlərindən Qəyyum Nasirin, Şəhabəddin Həzrətin və ən əsası qohumu İsmayıl bəy Qaspıralının düşüncələrini mənimsəyirdi. Parisdə yaşadığı dönəmlərdə milliyətçi aydınlarla olan tanışlıqları onun fikirlərini daha da qətiləşdirir və məhvə doğru gedən Osmanlıdan xilas olmanın ancaq milliyətçiliklə mümkün ola biləcəyini dərk edirdi.
"Türkçülüyün tarixi" adlı əsərində özü haqqında olan bölmədə Yusif Akçura yazır:
Parisdə ilk görüşdüyü türk milliyyətçilərindən Doktor Şərafəddin Məğmumi mərhum, ona Osmanlı siyasətinin çürüklüyündən, müxtəlif ünsürlərin anlaşmasının mümkün olmamasından, türk milliyyətçiliyindən başqa heç bir sağlam fikir olmadığından, Batılıların ümumiyyətlə Doğu və türk düşmənliklərindən, mədənilərin dillərinə doladıqları ədalət və insaniyyət sözlərinə inanmanın tam bir axmaqlıq olacağından və bütün bu gerçəkləri ona Parisdəki həyatı və müşahidələrinin təlqin etdiyindən bəhs etmişdir |
.
Yusif Akçuranın türkçülüklə bağlı görüşlərini əks etdirən ilk yazısı 1904-cü ildə Qahirədə yayımlanan "Türk" qəzetində türkçülüyün manifesti hesab olunan 32 səhifəlik "Üç tərzi-siyasət" adlı məqaləsidir. Məqalə həmin qəzetdə mübahisəyə səbəb olmuş və bir neçə müəllif ona cavab yazmışdır. Bu məqalənin əsas məqsədi artıq parçalanmağa başlayan Osmanlı İmperiyasını ayaqda saxlamaq üçün verilən 3 təklif qeyd edilmişdir. Yusif Akçura türk tarixi haqqında elmi əsər yazmış ilk şəxs hesab edilir. "Türkçülüyün tarixi" əsəri ilk dəfə olaraq Akçuranın özünün naşiri və baş yazarı olduğıdıru "Türk yolu" adlı illik nəşrdə 1928-ci ildə nəşr edilmişdir.
Yusif Akçura əsərinin bəzilərində Mirzə Fətəli Axundzadənin fəaliyyətinə toxunmuşdur. Mirzə Fətəli Axundzadə haqqında danışarkən onu türkçülük hərəkatına daxil olan bir aydın kimi nəzərdən keçirilməsinə tam əmin olmadığını qeyd edir, lakin onun türk dili üçün verdiyi təklifləri, xüsusən əlifba islahatı ilə bağlı Türkiyədə Keçəçizadə Fuad Paşaya təqdimatını qeyd edir. Y. Akçura yazır:
Axundzadənin əsərlərini gözdən keçirə bilmədim. Həyatı və əsərlərindən bəhs edən şəxslər, Mirzənin komediyalarını Azərbaycanda danışılan dil ilə yazdığını bildirirlər. Elə bir dil ki, xalq və yüksək təbəqə, kəndli və şəhərli hər kəs anlarmış, süsdən uzaq, saf və həqiqi Azəri ləhcəsindən Mirzə əsərlərində ustalıqla istifadə etmiş imiş. Bu vəziyyətdə Axundzadə Mirzə Fətəli dildə feilən türkçülük etmiş olur. Fəqət Mirzənin türk milliyyətçiliyi ilə bağlı düşüncə və görüşlərinə dair mənim əlimdə ciddi məlumatlar yoxdur. |