Üçüncü prospekt (ing. Third Avenue) — Manhetten borosunun İst Sayd rayonunda və Cənubi Bronksda yerləşən küçə. Üçüncü prospekt Aşağı Manhettendaki Kuper Skverdən başlayır, eyniadlı körpüyə qədər davam edir, Cənubi Bronksu keçir və Fordem Roud magistral yolu ilə kəsişmədə bitir. Üçüncü prospekt, Cənubi Bronksun sosial-mədəni nüvəsi olan "Hab"ı təşkil edən dörd küçədənbiridir.
Üçüncü prospekt | |
---|---|
Third Avenue | |
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | [[Manhetten və Bronks, Nyu-York|Manhetten və Bronks, Nyu-York]] |
Uzunluğu | 10.7 mi[1][2] (17.2 km) |
Yaranıb | 1811-ci il mart ayı |
1960-cı ilin iyul ayından Kuper Skverdən 24-cü küçəyə qədər Üçüncü prospekt ikitərəfli yoldan ibarətdir.[3] Sonra Üçüncü prospekt körpüsünə qədər küçədəki yol hərəkətı birtərəfli olur və cənubdan şimala yönəlir. Körpüdə hərəkət də birtərəflidir, ancaq şimaldan cənuba yönəlir. Bronksda prospekt bütövlüklə ikitərəflidir.
19-cu əsrdə Üçüncü prospekt boyunca estakada dəmir yolu tikildi. O, 1878–1955-ci illərdə Manhettendə və 1973-cü ilə qədər Bronksda fəaliyyət göstərmişdir.[4] 20-ci əsrin ortalarında aktivistlər prospektin adını Bueri (ing. Bouwerie) qoymağı təklif etdilər. Bununla birlikdə, küçə heç vaxt Bueri rayonunun bir hissəsi deyildi və təklif geniş dəstək tapmadı.[5]