Üç qardaş (latış. Trīs brāļi; alm. Drei Brüder) — memarlıq abidəsi,Riqanın mərkəzində, Mazā Pils (Kiçik qala) küçəsində yerləşir. Riqanın orta əsr memarlığının tipik nümunəsidir.
Üç qardaş | |
---|---|
Trīs brāļi | |
56°57′01″ şm. e. 24°06′15″ ş. u. | |
Ölkə | |
Yerləşir | Riqa[1][2] |
Tikilmə tarixi | 1490 |
Üslubu | qotika |
Rəsmi sayt | liveriga.com/lv/3110-tri… |
Vikianbarda əlaqəli mediafayllar |
Üç qardaşlar 1955–1957-ci illərdə Peteris Saulitisin layihəsi əsasında bərpa olunmuşdu. Yaradılmış memarlıq kompleksinin birləşdirilmiş həyətinin brandmauer divarlarına daş portal və 1554-cü ilə aid gerb quraşdırılmışdı.
Ən böyük qardaş (Ağ qardaş) XV əsrin sonunda — XVI əsrin əvvəllərində, 1490-cı ildə inşa olunmuşdu. Binanın xarakterik qotik nişalı pilləli frontonu, fasadında isə intibah dövrünə aid bəzi elementlər vardır. Tikilidə son orta əsrlərdə səciyyəvi olan bir sıra xüsusiyyətlər hələ də müşahidə olunur — məsələn binanın qapısının hər iki tərəfində qorunub saxlanılan daş skamyalar.
Andreas Tsaunenin rekonstruksiya işləri nəticəsində birinci mərtəbədə yerləşən böyük yaşayış otağı evin bütün ərazisini tuturdu. Tavanın ortasında bütün çardaq mərtəbələri boyu keçən lyuk dəlikləri yerləşirdi. Ev açıq ocaq və bacanın köməyi ilə qızdırılırdı. Açıq ocaqda yemək bişirilirdi. Mənzilin ayrıca otağı ev sahibinə məxsus idi, zirzəmi otaqlarında isə sahibin tabeliyində olan adamlar yaşayırdılar.
Holland manyerizmi üslubunda olan bu bina 1646-cı ildə inşa edilmişdi — bu tarix binanın fasadında göstərilmişdi. Tikili Yohann Kristof Brotzenin qravyur rəsmləri əsasında bərpa edilmişdi. Eyni zamanda bir şeyi unutmaq lazım deyil ki, evlərin hər biri özündən əvvəlki görünüşə malik binalar idilər. Bərpa mütəxəssisləri hər binanın üç-beş nəsli olduğunu bildirmişdilər.
Binanın portikində aydın şəkildə nəzərə çarpan və üstündə Ano Soli Delo Gloria 1746 yazısı olan kitabə yerləşir.
Ən gənc qardaş (Yaşıl qardaş) XVII əsrin sonunda inşa edilmişdi. Sahənin bina ilə tikilməsi haqda ilk yazılı sübutlar 1718-ci ildə aiddir. Evin sahibləri sənətkarlar idi və binanın ilk iki mərtəbəsini emalatxana, 3-cü mərtəbəsini isə yaşayış üçün istifadə edirdilər. XIX əsrin sonunda keçirilmiş yenidənqurma işlərindən sonra bina orijinal formasını itirmişdi. Onun ilkin görünüşü Peteris Saulitis tərəfindən aparılmış bərpa işləri nəticəsində qaytarılmışdı[3].
Öz adını Üç qardaş (Trīs brāļi) analoq olaraq Tallində yerləşən Üç bacı memarlıq abidəsindən götürmüşdü.