Übeydulla ibn Ziyad

Übeydulla ibn Ziyad (648, Bəsrə6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi.

Übeydulla ibn Ziyad
Doğum tarixi 648
Doğum yeri
Vəfat tarixi 6 avqust 686
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı Əməvilər xilafəti
Fəaliyyəti hərbi lider[d], vali[d]

Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır.

Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi.

675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi. Übeydullah da atası kimi Əhli-beytin qatı düşməni idi. İraqda bir neçə məscid tikdirib, bu məscidlərin minbərindən Həzrət Əliyə (ə) lənət oxutdururdu. Onun xəbisliyinin səbəbini əsl-nəcabətində axtarmaq lazımdır. Übeydullahın anası Mərcanə adlı kəniz idi və əxlaqsızlıqda ad çıxarmışdı.

İmam Hüseyn (ə) əmisi oğlu Müslüm ibn Əqili kufəlilərin dəvəti ilə bu şəhərə göndərəndən sonra xəfiyyələr Yezidə məktub yazdılar ki, Kufə valisi Nöman ibn Bəşir süst davranır, şəhərə nəzarət edə bilmir və tezliklə Müslim bütün Kufənin ixtiyarını ələ alıb Hüseyni (ə) bura çağıracaq. Ona görə də Yezid Nömanı vəzifəsindən azad edib, o zamanlar Bəsrə valisi olan Übeydullahı həm də Kufə şəhərinə vali təyin etdi. Übeydullah Kufəyə girəndən sonra qısa müddət ərzində şəhəri özünə tabe etməyə nail oldu. Müslimə beyət edənlər dağıdıldı, Müslim tək qalıb ələ keçirildi və qətlə yetirildi. İbn Ziyadın başçılığı altında toplanmış qoşun Ömər ibn Səd ibn Əbu Vəqqasın bilavasitə rəhbərliyi ilə Imam Hüseynin (ə) üzərinə yola düşdü və Kərbəla səhrasında məlum faciə baş verdi. Döyüş əməliyyatına Kufədən nəzarət və rəhbərlik edən Übeydullah ibn Ziyad bu faciənin əsas səbəbkarlarından biridir.

Əsir düşmüş Əhli-beyt üzvləri min-bir əziyyətlə Kufəyə – İbn Ziyadın sarayına gətirildilər. İbn Ziyad burada İmam Hüseynin (ə) kəsik başını çubuqla vurub təhqir etdi, əsirlərin qarşısında öz qələbəsi ilə öyündü. Amma Həzrət Zeynəbinİmam Zeynülabidinin (ə) parlaq xütbələri və çıxışları İbn Ziyadın çirkin simasını faş etdi, onun mənfur və xəbis niyyətini bütün şəhər əhalisinin gözləri qarşısında sərgilədi.

Kərbəla faciəsindən sonra Ibn Ziyad Əməvi hökumətinə daha bir neçə dəfə xidmət göstərdi. Yezidin ölümündən və vəliəhd II Yezidin hakimiyyətdən imtina etməsindən sonra yaranmış qarışıqlıq fonunda Übeydullah əvvəlcə xilafət tacını ələ keçirmək istədi. Amma məqsədinə çata bilməyəcəyini anlayanda İraq torpaqlarını buraxıb Şama qaçdı. Burada ustalıqla manevr edib Mərvan ibn Həkəmin hakimiyyətə gəlməsinə şərait yaratdı. Daha sonra İmam Hüseynin (ə) intiqamını almaq şüarı altında qiyam qaldırmış təvvabin (tövbə edənlər) hərəkatını darmadağın edib, minlərlə Əhli-beyt tərəfdarını qanına boyadı. Nəhayət, Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın əmri ilə Muxtarın üzərinə qoşun çəkdi. Hicri 67-ci ildə (686-cı ildə) tərəflər arasında baş vermiş şiddətli döyüşdə Muxtarın qoşununa başçılıq edən İbrahim ibn Malik Əştər Übeydullah ibn Ziyadı öldürdü.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]