Üfüqi parçalanma

Üfüqi parçalanma (rus. горизонтальное  расчленение, ing. horizontal dissection of mountains) — dağlıq ölkələrdə müxtəlif dərəcəli silsilələrin, çay dərələrinin və digər oroqrafik elementlərin əmələ gətirdiyi forma. Radial (şüavari), lələkvari (köndələn), şəbəkəli, kulisvari parçalanma formaları ayrılır.[1]

  1. Üfüqi parçalanma // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.