Ülfət Kərimov

Ülfət Ələkbər oğlu Kərimov (23 fevral 1971, Kəlbəcər27 mart 1993, Ağdaban, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı.[1][2]

Ülfət Kərimov
Ülfət Ələkbər oğlu Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 23 fevral 1971(1971-02-23)
Doğum yeri
Vəfat tarixi 27 mart 1993(1993-03-27) (22 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Ələkbər Kərimov
Anası Fatma Kərimova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1992–1993
Rütbəsi Baş çavuş
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur.

Birinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır.

Ağdaban döyüşü

[redaktə | mənbəni redaktə et]

Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olmuşdur.[3] Təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir.[1]

Döyüşlərdəki nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir:[1]

" Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. "

2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd "PDM-2", 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Milli Qəhrəman fəxri adına layiq görülməsi təklifi

[redaktə | mənbəni redaktə et]

Birinci dəfə, 1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant R. A. Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib.[1]

İkinci dəfə ölümündən sonra Ülfət Kərimovun Milli Qəhrəman fəxri adı ilə təltif olunmasını təklif edilsə də, sözügedən mükafatla təltif olunması baş tutmayıb.[1]

  1. 1 2 3 4 5 6 "Dağlarla ÜLFƏT bağladı ÜLFƏT"-Məhəmməd NƏRİMANOĞLU yazır. [ölü keçid]
  2. 1 2 Yüzlərlə erməni əsgərini gəbərdən ÜLFƏT KƏRİMOV
  3. "Hərbi şəhidlərin siyahısı". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]