Ülvi Ramiz oğlu Mehdiyev (30 yanvar 1985, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri[1].
Ülvi Mehdiyev | |
---|---|
Vəzifədədir | |
27 aprel 2018-ci ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | İnam Kərimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1985 (39 yaş) |
Doğum yeri | |
Təhsili | Bakı Dövlət Universiteti |
|
|
Təltifləri |
Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. Həmçinin ABŞ-nin Duke Universitetinin Adaptiv strateji idarəetmə proqramı üzrə təhsil alıb. 2005–2006-cı illərdə hərbi xidmət keçib[2]. 2006–2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb[3].
Ailəlidir, 3 uşağı var.
Ülvi Mehdiyev 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib[4]. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb[5].
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.[6]
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.[7]
27 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ASAN xidmət" işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə Ülvi Mehdiyevi təltif etmişdir[8].
27 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ülvi Mehdiyevi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etmişdir.[9]