Ülvi Quliyev (tam adı: Quliyev Ülvi Zahid oğlu, 17 sentyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı[1], Gənclər və idman, Səhiyyə komitəsinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti.[2]
Ülvi Quliyev | |
---|---|
Vəzifədədir | |
2005-ci ildən | |
Vəzifədədir | |
1992-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Quliyev Ülvi Zahid oğlu |
Doğum tarixi | 17 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | atlet, siyasətçi |
Atası | Zahid Quliyev |
|
|
Təltifləri |
Ülvi Quiyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində, professor Zahid Quliyevin ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri , Nəsimi rayonu 9 saylı orta məktəbi bitirmişdir. 1983–1988-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir[3].
Evlidir, 2 övladı var. Dilçilik elimləri doktoru, professor Zahid Quliyevin oğludur.
Karate idman növü üzrə VIII Dan qara kəmər sahibi[4], Karate idman növü üzrə Avropa və Dünya çempionudur.[5] Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçi", Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 5 mart tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adına layiq görülüb.[4] 1992–1997-ci illərdə Azərbaycan Respublikası Karate-do Federasiyasının Prezidenti, 1997-ci ildən Azərbaycan Karate Federasiyasının prezidentidir.[2]
1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir.[6] 2002-ci ildən Dövlət Gömrük Komitəsinin şöbə rəisi[6], 2005-ci ildə "Gömrükçü" İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini(Gömrük Xidməti, Polkovnik-Leytenantı) vəzifələrində çalışmışdır.[6]
2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (III çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü)[6], 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən(IV çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü)[7], 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış)deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb.[6] 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilmişdir. 2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (VI çağırış -Gənclər və idman komitəsinin, Səhiyyə komitəsinin üzvü) deputat seçilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Bitərəfdir.[8]