Ümmü Əymən

Ümmü Eymən (ərəb. أم أيمنbilinmirbilinmir) — Məhəmməd peyğəmbərin atası Abdullah bin Əbdülmüttəlibdən miras qalan Həbəş cariyəsi. O, Məhəmmədin dayəsi olmuşdur. Şayiələrə görə, Ümmü Əymən Məhəmmədi əmizdirmiş və süd anası olmuşdur. Əsl adı Berekədir və oğlunun adına görə ona Ümmü Əymən ləqəbi verilib. Məhəmmədə göstərdiyi böyük xidmətə görə, “Ummu Əymən anamdan sonra mənim anamdır” demişdir. Məhəmməd sonradan onu azad etsə də, Ümmü Əymən ayrılmamış və onun xidmətinə davam etmişdir.

Ümmü Əymən
Doğum tarixi bilinmir
Vəfat tarixi bilinmir
Dəfn yeri
Həyat yoldaşı
Uşağı

Ümmü Əymən Məhəmmədin atasına cariyə olana qədər necə yaşadığı, nə vaxt doğulduğu və necə qul olduğu barədə məlumatlar məlum deyil. Məlumdur ki, o, Məhəmməd doğulmazdan əvvəl Abdullahın cariyəsi idi, ona görə də İslam peyğəmbərinin doğulmasına şahid olmuş və gənc yaşlarından ona xidmət etmişdir. Atası Məhəmməd hələ doğulmadan vəfat edir, anası isə həm ərinin qəbrini, həm də qohumlarını ziyarət etmək üçün Mədinəyə getdikdən sonra qayıdarkən dünyasını dəyişir. O zaman islam dininin peyğəmbərinin cəmi altı yaşı vardı. Sonra Ümmü Əymən Məhəmmədi götürüb Məkkəyə, babası Əbdülmüttəlibin yanına aparır. O, İslamdan əvvəl Ubeyd ibn Zeydlə evlənmiş və bu evlilikdən Əymən adlı bir oğul dünyaya gətirmişdir. Bundan sonra adı Bərəkə olsa da, Əymənin anası mənasını verən “Ümmü Əymən” adını götürür. İslamın doğulmasından əvvəl Ümmü Əymən ərini itirərək dul qaldığı üçün oğlunu tək böyütməyə başlayır. İslamın doğulmasından sonra oğlu ilə birlikdə müsəlman olur. Daha sonra oğlu Əymən Xeybər döyüşündə həlak olur[1]. Məhəmməd Xədicə ilə evləndikdən sonra Xədicə Məhəmmədə Zeyd bin Harisə adlı bir kölə hədiyyə edir. Məhəmməd Zeyd ibn Harisəni oğlu kimi qəbul etmiş və sonradan onu azad etmişdi. Bir gün Məhəmməd buyurdu: “Hər kim behişt əhlindən bir şəxslə evlənmək istəyirsə, Ümmü Əymənlə evlənsin”. Bunun üzərinə Zeyd bin Harisə Ümmü Əymənə talib çıxır və Məhəmməd onları evləndirir. Bu evlilikdən İslam tarixində səhabələrin böyük və qəhrəman sərkərdələrindən sayılan Üsamə adlı bir oğlu olur. Usamə İslam tarixində səhabələrin böyük və qəhrəman sərkərdələrindən biri kimi tarixə düşür. Müsəlmanlara verilən işgəncələrdən Ümmü Əymənin də payı var idi. Lakin o, dinindən heç vaxt vaz getmir. Ümmü Əymən İslam adına döyüşlərdə iştirak edirdi. Uhud döyüşü zamanı İslam ordusunun tənəzzülə uğramağa başlaması və onların bir qisminin Mədinəyə qayıtmasından çox üzülür və bunun üzərinə müharibəyə qoşulmaq arzusunu bildirir. Müharibə zamanı yaralıların müalicəsində iştirak etmiş, səhabələrə su paylamış, ağır yaralıların Mədinəyə daşınmasına köməklik etmişdir. O, Xeybər döyüşündə iştirak etmiş və eyni xidməti göstərmişdir.

Onun əri Zeyd Mute İslam ordusunun komandanı kimi iştirak etdiyi döyüşdə həlak olur. Beləliklə, onun həm oğlu, həm də əri İslam yolunda həlak olmuşdur. Osman ibn Əffanın xilafətinin ilk illərində vəfat etdiyi bildirilir.

  1. Sadeqi Ardestani, Ahmad. Zanane daneshmand wa ravi hadith=the learned and narratar women‌. Qom. 1998. səh. 3.