Xeybər döyüşü — (ərəb. غزوة خيبر) Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşdür ki, hicrətin 7-ci ili Məhərrəm ayında başlayıb və Səfər ayında Müsəlmanların qələbəsi ilə nəticələnmişdir. Xeybər yəhudilərinin Mədinədən qovulmuş yəhudilərə sığınacaq vermələri və bir sıra ərəb qəbilələrini müsəlmanların əleyhinə təhrik etmələri müharibəyə səbəb oldu. Bu müharibədə də müsəlmanlar qələbə çaldılar və bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər, amma yəhudilər bu şəhərdə qalmaları üçün peyğəmbərdən xahiş etdilər, o isə əkdikləri məhsulun yarısını müsəlmanlara vermələri şərti ilə buna razılaşdı.
Xeybər döyüşü | |||
---|---|---|---|
Tarix | mart/aprel 628 | ||
Yeri | Xeybər | ||
Nəticəsi | Müsəlmanların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Xeybər bölgəsi müasir dövrddə Mədinədən 165 km şimalda, Şam yolunun üstündə yerləşir və mərkəzi Şureyf şəhəridir. Dəniz səviyyəsindən 854 m yüksəklikdə olan bu bölgə, bir sıra kənd və yaşıllıq əraziləri əhatə edir ki, o vahəni Xeybər adlandırıblar. Böyük əhali sayına sahib olan Xeybər, geniş vadi və dərələr, su və kənd təsərrüfatı sahələrinə malikdir. Burada istehsal edilən əsas məhsul xurmadır. "Sureyr" və "Qaras" vadisində yaşayan Xeybər sakinlərinin əksəriyyəti Ənəzə qəbiləsindəndir[4].
Hicrətin 4-cü ili, Hz, Peyğəmbərinin Bəni Nadir Yəhudilərini xəyanətlərinə görə Mədinədən qovduqdan sonra, Hüyey ibn Əxtəb, Səllam ibn Əbil Huqəyq və Kənanə ibn Rəbi ibn Əbil Huqəyq kimi bəzi yəhudilər xeybərə getdilər. Növbəti il Məkkəyə getdilər və Qureyşliləri Müsəlmanlara qarşı vuruşmağa təhrik etdilər[5]. Beləliklə, Xeybər yeni yaranan İslam Ümmətinə qarşı təhlükə mərkəzinə çevrildi[6]. Məhəmməd peyğəmbər hicrətinin altıncı ilində, Şaban ayında, Xeybərin ərəb qonşularından biri Bəni Səd ibn Bəkr qəbiləsinin Xeybər Yəhudilərinə kömək üçün toplandığını eşitdikdə Hz. Əlini bir dəstə ilə onlara tərəf göndərdi. Hz. Əlinin hücumu nəticəsində düşmənlər qaçdı və müsəlmanlar qənimət əldə etdilər. Həmçinin, eyni ilin Ramazan ayında da Abdullah ibn Ətiq döyüşündə (səriyyəsində) Səllam ibn Əbil Huqəyq, müsəlmanlara və Hz. Məhəmmədə qarşı bəzi qrupları təhrik etmək ittihamı ilə öldürüldü. Bu vaxt Hz. Məhəməddin əmri ilə Abdullah ibn Rəvaha Xayberə göndərildi və Ona yəhudilərin vəziyyətini araşdırmaq tapşırıldı[7]. Daha sonra xeybər yəhudiləri Useyr ibn Zarmini (və ya Yuseyr ibn Rizamı) özlərinə lider seçdilər və O da, Qətfan tayfası kimi ərəb qəbilələrini Hz. Peyğəmbərlə döyüşmək üçün təhrik etməyə çalışırdı ki, onlarla birlikdə Mədinəyə hücum etsin. Buna görə də Məhəmməd Peyğəmbər hicrətin altıncı ilində, Şəvval ayında Abdullah ibn Rəvahanı yenidən bir qrupla Xeybərə göndərdi və bunun nəticəsində Useyr və bir qrup yəhudi öldürüldü[8]. Bundan əlavə, Bəni Qureyzə yəhudilərinin Mədinədən qovulması, şəhərdə əminamanlığın təmin olunması və Hz. Peyğəmbərlə digər Mədinə yəhudiləri arasındakı razılaşmadan sonra, Bəni Nadir liderlərinin də aralarında yaşadığı Xeybər yəhudiləri Hz.Məhəmməddən qisas almaq istəyirdilər. Onlar müsəlmanlara qarşı birləşmək üçün öz var-dövlətlərini qonşu ərəb qəbilələrinə o cümlədən, güclü qətəfan qəbiləsinə xərcləyirdilər. Bu səbəb kifayət idi ki, Hz. Peyğəmbər Hüdeybiyyə sülhündən az bir müddət sonra Xeybərə hücum etsin[9].
Hicrətin yeddinci ili Məhərrəm ayının əvvəlində Xeybərə tərəf hərəkət edən Hz. Məhəmməd, Səfər ayında Xeybəri fəth etdi və Hicrətin yeddinci ili Rəbiüssani ayının ilk günü Mədinəyə qayıtdı[10].
Hz. Peyğəmbər, Səbba ibn Ərəfdə Qəffari və ya Əbuzər Ğəffarini[11] canişini olaraq mədinəyə təyin etdi. Ağ rəngli döyüş bayrağını Hz. Əli ibn Əbu Talibə verdi[12] və onu ordunun əsas dəstəsinin komandiri təyin etdi[13].
Tarixi mənbələr Xeybər qəzvəsində iştirak edən müsəlmanların sayını 1400 nəfər[14] və ya Hüdeybiyyə qəzvəsində iştirak edən 1500 nəfər[15] və ya 1540 nəfər[16] olduqları qeyd edir. Bu döyüşdə İslam ordusundan biri Hz. Məhəmmədin həyat yoldaşı Ümmü Sələmə olmaqla iyirmi qadın iştirak etmişdir. Bəni Ğəffarlı bəzi qadınlar da Hz. Peyğəmbərin icazəsi ilə müsəlmanlara kömək etmək və yaralıları müalicə etmək üçün bu müharibəyə qatıldılar[17]. Mədinə yəhudilərindən on nəfər və cəmiyyətdə mövqe sahibi olan bir neçə nəfər də Hz. Peyğəmbərin yanında idi[18].
Xeybər əhalisinin döyüşçülərinin sayı şişirdilərək on min[19] və ya iyirmi min[20] nəfər olduğu qeyd olunub. Hz. Məhəmmədin onlara qarşı müharibə aparacaqlarını düşünməyən yəhudilər, yüksək və güclü qalalarına, silahlarına, əhalisinə və daimi su qaynaqlarına güvənərək bir neçə il müqavimət göstərə biləcəklərini düşünürdülər. Mədinədən olan bəzi yəhudilər, Xeybər əhalisi ilə qarşılaşa bilməyəcəklərini və qalalarının öhdəsindən gələ bilməyəcəklərini söyləyərək müsəlmanları qorxudurdular. Hətta Xeybərə -Kənanə ibn əbi Həqiqə- Müsəlmanların saylarının və silahlarının az olduğunu söyləmək üçün birini göndərdilər. Qureyş kafirləri Xeybər xalqının müharibə vəziyyətində müsəlmanlar üzərində qələbə çalacağına ümid edərək, bu mövzuda iddiaya girdilər[21].
Hz. Peyğəmbər Əşcə qəbiləsindən olan iki bələdçi ilə birlikdə xeybərə tərəf yola düşdü. Hz. Peyğəmbərin Əsr kimi bəzi bölgələrdə düşərgə saldığına görə orada məscid inşa etdirdilər. Hz. Məhəmməd bələdçilərdən birinə Xeybər əhalisinin müttəfiqi olan Ətfan qəbiləsindən kömək ala bilməmələri üçün İslam ordusunu elə bir yolla aparmasını əmr etdi ki, Şam və xeybər yolunu tutsunlar. İslam Peyğəmbəri xeybərə aparan bir neçə yolladan "Mərhəb" yolu adıyla məşhur olan yolu seçdi[22]. İslam ordusunun komandirlərindən olan Abbad ibn Bişr, Əşcə qəbiləsindən olan Yəhudi casuslarından birini tutdu və onu sorğu-sual etdi. O Qətfan qəbiləsinin Xeybər qalalarında olduğunu və yəhudilərlə birləşərək Peyğəmbərlə döyüşmək istədiklərini deyərək, müsəlmanları qorxutmaq istədi. Ancaq Abbadın onu təhdid etməsindən sonra Xeybər yəhudilərinin Müsəlmanların hücumundan çox qorxduqlarını etiraf etdi[23]
Qətfan qəbiləsi İslam peyğəmbərinin Xeybərə çatması xəbərini aldıqdan sonra yəhudilərə kömək etmək üçün bir mənzil(düşərgə) getdilər, lakin sonra öz ailələrinə və mallarına görə qorxdular və Xeybər qalalarına çatmadan geri qayıtdılar[24]. Başqa bir rəvayətə görə isə, Xayber müharibəsindən əvvəl Kinanə Qətfan qəbiləsinin yanına getdi və onlara bir illik(başqa bir görüşə görə yaısını) xurma məhsulu verəcəyini vəd edərək, Onları Hz. Peyğəmbərlə döyüşməyə təhrik etdi və bununla da onlarla müttəfiq oldu. Bu hadisədən sonra Qətfanlılar, Üyeynə ibn Hisni lider olaraq seçdilər və Hz. Peyğəmbərin gəlişindən üç gün əvvəl Xeybərə getdilər və Netat (Netah) qalasına girdilər. Hz. Məhəmməd Səd ibn Übadəni Üyeynənin yanına göndərərək Allahın Xeybərin fəth olunacağını bildirdiyini və Qətfanlıların geri dönəcəkləri təqirdə Xeybərin bir illik xurma məhsulunu (başqa bir görüşə görə yaısını) ona verəcəyini bildirdi. Üyeynə bu təklifi qəbul etmədi. Ancaq Müsəlmanların Xeybərə hücumundan bir gecə əvvəl, Qətfalılar, Hayfadakı (Mədinəyə bağlı) qohumlarına və əmlaklarına hücum edildiyi barədə bir xəbər eşitdilər. Buna görə də, Xeybəri tez tərk etdilər[25].
Digər tərəfdən də Müsəlmanların onlara tərəf gəldiyini bilən Xeybər yəhudiləri ixtilafa düşdülər. Haris ibn Əbuzeynəb adlı bir yəhudi qalanların xaricində qərargah qurmağı və qalalar xaricində müsəlmanlarla döyüşməyi tövsiyə etdi. Ancaq onlar qalaların möhkəm olduğuna güvənərək qalalarda qalmağı seçdilər[26].
Allah-Taala İslam ordusunun çıxış vaxtını Xeybər əhalisindən gizlətdi. Beləliklə, Hz. Məhəmməd, Şiqq və Netat (Netah) qalalar arasından keçdikdən sonra gecə Xeybərin yaxınlığına çatdılar. Hz. Məhəmməd əvvəlcə bir dua oxudu və müsəlmanlardan onu oxumasını istədi. Daha sonra yollarına davam edərək, Mənzələ bölgəsinə çatdılar. Hz. Peyğəmbər Mənzilədə bir yeri məscid olaraq təyin etdi və orada namaz qıldı və daha sonra həmin her Xeybər məscidi olaraq tanındı. Sübüh vaxtı Hz. Peyğəmbərin bu bölgəyə girməsindən xəbərsiz olan xeybər yəhudiləri qaçıb öz qalalarına sığındılar[27]. Hz. Peyğəmbər səhabələrinə qadın və uşaqları öldürməmələrini əmr etdi[28]. Həmin gün axşamadək Netat (Netah) qalasının əhalisi ilə döyüşdülər. Daha sonra Hz. Peyğəmbər rütubətli və düşmən oxunun çatdığı düşərgələrini Rəciyə adlanan başqa bir bölgəyə daşımalarını əmr etdi. Həmçinin Xeybər xurmalıqlarının bir hissəsini (yəqin müharibə zərurətindən qaynaqlanıb) kəsmələrini əmr etdi[29].
Döyüşün birinci günü müsəlmanlardan əlli nəfər yarlandı. Rəciyə bölgəsində yeddi gün qalan Hz. Məhəmməd hər gününü hər birinin öz bayrağı olan müsəlman qruplar ilə birlikdə yəhudilərlə döyüşərək keçirdi. Altıncı günün axşamı Netat (Netah) bölgəsinin sakinlərindən olan Səmmak adlı yəhudi biri Hz. Peyğəmbərin yanına gəldi və Müsəlmanları qalaya aparmaq şərti ilə aman istədi. O, Yəhudilərin yemək və müxtəlif döyüş alətlərinin olduğu deponun Netat (Netah)qalasında olduğunu və əhalinin qorxaraq qalanı tərk etmək üzrə olduğunu bildirdi. Müsəlmanlar sonrakı gün Netatı (Netah) fəth etdilər və həmin yəhudi daha sonra müsəlman oldu[30].
Hz. Peyğəmbərin ilk fəth etdiyi qalanın "Naim qalası" olduğu nəql edilir. Naim qalasının özü bir neçə qaladan ibarət idi. Hz. Peyğəmbər onlara hücum etmək üçün öz səhabələrini döyüşə hazırladı. Yəhudilər müsəlmanları ox yaxışına tutdular və səhabələr özlərini Hz. Peyğəmərə sipər etdilər. Həmin günü Hz. Peyğəmbər öz ağ bayrağını mühacirlərdən iki nəfərə (İbn İshaqın rəvayətində: XəlifəƏbu Bəkr və Ömər) və daha sonra ənsardan bir nəfərə verdi, amma onlar heç bir müvəffəqiyyət qazanmadan geri qayıtdılar. Peyğəmbər buyurdu:"Sabah bayrağı elə bir şəxsə verəcəm ki, Allah və Rəsulu onu sevir və Allah onun əli ilə müsəlmanlara fəthi nəsib edəcəkdir. O heç vaxt (düşmənə arxa çevirib) qaçmaz". Növbəti səhər Hz. Əlinin göz ağrısını möcüzə ilə müalicə etdikdən sonra bayrağı ona verdi[31].
Mərhəbin qardaşı Harisin (qalanın lideri) bir qrupla döyüşə girdikdə müsəlmanlar pərakəndə oldular, amma Hz. Əli Harislə döyüşdə qalib gəldi və Harisin dəstəsi qorxaraq qalaya qaçdılar və qapını bağladılar[32]. Bunun üzərinə Mərhəb rəcəz (Döyüş meydanında qarşı tərəfə gözdağı vermək üçün oxunan şeir) oxuyaraq meydana girdi.
Bəzi rəvayətlərdə Məhəmməd ibn Məsləmənin Hz. Peyğəmbərdən icazə alaraq Mərhəblə təkbə-tək döyüşə girərək onu oldürdüyü[33] və ya ağır bir şəkildə yaraladığını və Hz. Əlinin də onu öldürdüyü qeyd olunur[34]. Ancaq bir çox rəvayətlərdə Hz. Əli ibn Əbu Talibin təkbə-tək döyüşdə Mərhəbi öldürdüyü və bu hadisədən sonra qalanın fəth edildiyi qeyd olununr[35]. Əhli-Sünnənin görkəmli tarixçilərindən bəzilri ikinci rəvayətin doğru olduğunu qeyd edirlər[36].
Mənbələrdə qeyd olunduğuna görə, Xeybər qalalarının ən böyük və möhkəm qalası Qamus qalası idi. Hz. Peyğəmbər "Mərhəb qalası" kimi də tanınan bu qalanın fəth bayrağını Hz. Əli ibn Əbu Talibə verdi. Hz. Əli Mərhəbi qətlə yetirməklə həmin qalanı fəth etdi [37]. Əbu Rəfi nəql edir: Qala qapısının yanında bir şəxs Hz. Əlini vurdu və zərbənin təsirindən qalxanı əlindən düşdü. Məcburən Qalanın yaxınlığında olan bir qapını götürərək özünə qalxan edərək döyüşə davam etdi və sonda qalanı (Mərhəb qalasını) fəth etdi[38]. Başqa bir rəvayətdə həmin Yəhudi şəxsin Mərhəb olduğu qeyd olunur[39]. Mənbələrdə qeyd olunub ki, döyüşdən sonra həmin qapını qirx və ya yetmiş nəfər qaldıra bildi [40]. Yəhudilərin bu iki Qəhrəmanının (Haris və Mərhəb) və Naim qalasında olan digər pəvləvanlardan bir neçəsini öldürdükdən sonra Xeybərin bütünlüklə fəth edilməsi asanlaşdı[41].
İçərisində qida, məhsul, heyvan və beş yüz nəfər döyüşcu olan Sab ibn Muaz qalası, Nətat qalasında yerləşirdi. Müsəlmanlar on gün ərzində Nətat qalasını mühasirəyə alıb vuruşdular. Müsəlmanların məxsusən Bəni Əsləmin aclığa dözə bilmədiyini görən Hz. Pyğəmbər, Qalardan ən böyük və zəngin olan birinin fəth edilməsini Allahdan istədi. Bundan sonra Sab ibn Məaz qalası iki gün davam edən şiddətli müharibədən sonra üçüncü günün səhərində Allahın lütfü ilə fəth edildi. Bunun ardınca Yəhudilər Nətat və Naim qalalarını da tərk edərək ən hündür və möhkəm olan əz-Zübeyr qalasına sığındılar[42]. əz-Zübeyr qalası da üç gün mühasirə qaldıqdı. Yəhudilərdən biri təslim olaraq Hz. Peyğəmbərdən amannamə aldı. Onun rəhbərliyi altında ağır bir döyüşdən sonra, Müsəlmanlar Nətat qalasının sonuncu qalasını da fəth etdilər[43].
Nətat əhalisi Xeybər Yəhudilərinin ən şücaətlisi idi. Bu qalanın fəthindən sonra Hz. Peyğəmbər, yəhudilərin müharibə və basqın etməyəcəyindən arxayın oldu və qərargahın Rəcidən ilk yerə, Mənziləyə köçürməyi əmr etdi. Daha sonra bir neçə qaladan ibarət olan Şiqq qalasını mühasirə etdilər. Ağır bir müharbədən sonra Müsəlmanlar birinci Sumran və daha sonra Nizar qalasını fəth edərək, əhalisini də əsir götürdülər[44].
Nizar, Xeybərin axırıncı qalası idi. Nizarın fəthindən sonra oradan qaçan yəhudilər (Kətibə qalasındakı) daha möhkəm olan Qamus, Vətih və Sulalim qalalarəna sığındılar və qapıları möhkəm bağladılar. Buna görə də Müsəlmanlar mancanaqdan istifadə etməyə qərar verdilər. Ondörd günlük mühasirədən sonra Yəhudilər Hz. Peyğəmbərə sülh təklifi etdilər. Sulalim qalasının lideri olan Kənanə ibn Əbil Həqiq baxmayaraq ki, mahir oxçu idi öz adamlarına ox atmamağı əmr etdi. Az sonra Kənanə və bir neçə yəhudi, Kətibə qalasının əhalisi (iki mindən çox əhalisi vardı) tərəfindən bəzi şərtlər əsasında Hz. Peyğımbər onlarla sülh bağladı. Hz. Peyğəmbər onlara amannamə verdi və onlar da sərvətlərini (qızıllarını, gümüşlərini və zirehlərini) verdilər. Vətih və Sulalim Xeybərin axrıncı qalaları idi ki, fəth olundu. Bu sülh müqaviləsinə görə, qaladakı döyüşçülərin öldürülməməsi və mallarını, torpaqlarını, silahlarını, paltarlarını və silahlarını Hz. Peyğəmbərə təhvil verərək qadınları və uşaqları ilə birlikdə Xeybari tərk etmələri qərara alındı[45].
Hz. Peyğəmbər, Kənanə və qardaşının kətibə qalasında gizlətdikləri xəzinəni tapdı. Hz. Peyğəmbər Kinanə və qardaşı belə bir xəzinənin mövcudluğunu inkar etdikləri üçün onları iki müsəlmana təslim etdi ki, qohumlarının qisasını alsın. Həmçinin müqavilənin şərtini pozduqlarına görə, müqavilənin şərtinə uyğun olaraq əmlaklarını qənimət olaraq və ailələrini də əsir götürdü[46].
Xeybərin fəthindən sonra Zeynəb bint Haris (Səllam ibn Meşkinin həyat yoldaşı) döyüşdə öldürülmüş atasının, əmisinin və həyat yoldaşının intiqamını almaq üçün Hz. Peyğəmbərə zəhərli ət verdi. Hz. Peyğəmbər və Buşr ibn Bəra kimi bəzi səhabələri həmin ətdən bir neçə tikə yedikdən sonra Peyğəmbərin göstərişi ilə həmin ətdən yemədilər. Buşr ibn Bəra həmin an (və ya bir il xəstə yatdıqdan sonra) vəfat etdi. Həmçinin bəziləri Hz. Peyğəmbərin vəfatına həmin zəhərlənməin səbəb olduğunu qeyd edirlər[47].
İlkin ehtimalların əksinə olarq Xebər yəudiləri məğlub oldu. Bu, yəhudilərin təxminən bir aylıq müharibə və mühasirədən sonra[48] ikinci məğlubiyyəti[49] idi. Bu səbələ hicrətin yeddinci ilini İstiğlab (qələbə) ili adlandırıblar[50]. Xeybər qəzvəsində 15 və ya 18 nəfər Müsəlman şəhid oldu. Yəhudilərdən isə 93 nəfər öldürülmüşdür[51]. Hz. Peyğəmbər və müsəlmanların Xaybərdəki qələbəsi Qureyş və müttəfiqləri olan tayfaların hərbi gücünün azalmasına müsəlmanların hərbi və iqtisadi güclərinin isə artmasına səbəb oldu[52].
Hz. Məhəmməd Xeybər müharbəsindən əldə olunan qənimətləri (Şiqq, Nətat və Kətibə qalaları) qorunmasını Fərvə ibn Əmr Bəyaziyə tapşırdı və buyurdu kim nə götürübsə geri qaytarsın hətta iynə və ya sap olsa belə. Hz. Məhəmməd Bu qəniməti beş hissəyə böldü. Bir hissəsini Xums olaraq Özü götürdü və ondan bir qismini həyat yoldaşlarına, Əhli-beytinə (Hz. Əli və Hz. Fatimə), Bəni Əbdulmuttəlib ibn Haşim ibn Əbdumənaf və Bəni Əbdulmuttəlib ibn Əbdumənafa, bəzi [[Səhabə|səhabələrə]], yetimlərə və ehtiyaclı ailələrə verdi. Digər dörd hissəni isə satdı[53]. Xeybərin sülh yolu ilə fəth edilən digər qalaları (Vətih və Sulalim kimi) isə Fey olaraq Hz. Peyğəmbərə çatdı[54].
Xeybər qəzvəsindən əldə olunan qənimətlərdən Allahın payı (Xums) ayrıldıqdan sonra Xeybər qəzvəsində iştirak edib-etməməsindan aslı olmayaraq Hüdeybiyyə qəzvəsində iştirak edənlər arasında bölüşdürüldü[55], amma Vaqidiyə[56] görə isə Hüdeybiyyədə iştirak etməyib Xeybər qəzvəsində iştirak edənlərə verildi. Satılan qənimətlərin gəliri də onların arasında paylanıldı. Ümumilikdə 1800 hissə olan paylar, 18 yerə bölündü və hər yüz səhm üçün bir cavabdeh təyin edildi[57]. Hz. Peyğəmbər Xeybərin Fəthindən sonra Əbu Hüreyrə, Tufeyl ibn Əmr və Əşca qəbiləsindən bir qrupla birlikdə gələn Dəvs qəbiləsindən bir qrupa da qənimətdən pay verdi[58]. Hz. Peyğəmbər Yəhudilərə, Kölələrə və bu qəzvədə iştirak edən qadınlara da qənimətdən bir pay verdi və ya bağışladı[59].
Xeybərin fəthindən sonra İslam Peyğəmbəri, oradakı yəhudilərin istəklərini nəzərə alaraq Xeybər torpağında xurma ağacları əkmələrinə və Bunun müqabilində xurma və kənd təsərrüfatı məhsullarından yarısını da özlərinə götürmələrinə icazə verdi. Hz. Peyğəmbər onlarla bir müqavilə bağlayaraq can, mal və namuslarının amanda olduğunu bildirdi[60].
Xeybərin fəthi və Yəhudilərin təslim olma xəbərini eşidən digər qalalarda və Fədək xurmalığında yaşayan yəhudilər qorxuya düşdülər. İslam ordusunun onların üzərinə də yürüş etmələrindən qorxuya düşərək Hz. Peyğəmbərin yanına nümayəndə göndərərək təsim olduqlarını bildirib sülh müqaviləsi bağladılar. Müqavilənin mahiyyəti bundan ibarət idi ki, Fədək bağlarının məhsulunun və ərazisinin yarısını Hz. Peyğəmbərə verərək burada qalsınlar və həmçinin onların digər kənd və qəsbələrdəki mülkləri də amanda olsun[61].
Xeybərdə və ya Xeybərdən Mədinəyə qayıdarkən "Səhba" bölgəsində Hz. Peyğəmbər Huyey ibn Əxtab qızı Səfiyyəni İslama dəvət etdi o da İslamı qəbul etdi. Bundan sonra Hz. Peyğəmbər Səfiyyəni azad edərək onunla evləndi[62].
Allahın Qurani-Kərimdə müjdələdiyi (فَتْحًا قَرِیبًا -yaxın bir zəfər[63])-in Xeybərin fəthi olduğunu və "مغانم کثیره" çoxlu qənimətdən də məqsədin Xeybər qəzvəsindən əldə olunan gəlir və qənimətlər olduğu qeyd olunur[64]. Bəzi Müfəssirlər Fəth surəsi 1–15-ci ayələri və Əhzab surəsi 27-ci ayəsindəki "…وَأَرْضًا لَّمْ تَطَئُوهَا …"(ayaq basmadığınız yerləri) cümləsinin Xeybər qəzvəsi barəsində olduğunu bildirmişlər[65].
İkinci xəlifə (Ömər) dövründə Xeybər yəhudiləri müsəlmanlardan birinin öldürülməsində iştirak etmiş və bundan əlavə xəlifə Ömər Hz. Peyğəmbərə nisbət veridyi "Ərəbistan yarımadasında iki din bir arada ola bilməz" hədisinə görə, Xeybər əhalisinin də aralarında olduğu Hicaz yəhudiləri Şama sürgün edilmişdir. Xeybər torpaqlarındakı tarla və xurmalıqları yenidən böldü. Bəziləri su və torpaq almağı seçərkən, bəziləri də zəmanətli məhsulu seçdi[66]. Sürgün edilən Xeybər yəhudilərindən bəziləri də İraq və Misirə getdilər[67].
Xaybərin fəthindən sonra Həssan ibn Sabit kimi bəzi şairlər bu qəzvə haqqında şeirlər yazdılar[68].
Həssan ibn Sabitin xeybərin fatehi İmam Əli haqqındakı şeiri: