Ümmi Cəmil Avra bint Harb ibn Üməyyə (arb: أمّ جميل), Məhəmmədlə müxalifliyi ilə tanınan, Əbu Ləhəb surəsində xatırladılan qadın, Əbu Süfyanın bacısı Əbu Ləhəbin arvadıdır.[2]
Ümmü Cəmil | |
---|---|
Doğum yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | şair |
Atası Harb bin Üməyyə, anası Fahidə binti Əmir əs-Səqafidir.[3] İslama qarşı hərəkətlər etmişdi və Məhəmmədin keçdiyi yollara qaya parçaları və tikanlı ağac budaqları səpərək onu işgəncələr verirdi. Əbu Ləhəb surəsində əri Əbu Ləhəbin yandığı alovda boynuna bağlanılmış bir iplə hambal kimi odun daşıyacağı bildirilmişdi.[4]
Ölüm yeri və tarixi barədə dəqiq məlumat yoxdur.