Əbu Ləhəb

Əbu Ləhəb (549, Məkkə624, Məkkə) — Məhəmməd peyğəmbərin əmilərindən idi. Adı Əbdüluzza, künyəsi Əbül-Ubtədir. peyğəmbərə çox əziyyət etməsi, kin bəsləməsi və məsğərəyə qoyması səbəbiylə "Atəşlər Atası", yəni cəhənnəmlik mənasında "Əbu Ləhəb" ləqəbilə məşhur oldu. Bu ləqəbi Qurani-Kərimdə Məsəd surəsində zikr edilib.

Əbu Ləhəb
ərəb. أبو لهب
Doğum tarixi 549
Doğum yeri
Vəfat tarixi 624
Vəfat yeri
Həyat yoldaşı
Atası Əbdülmüttəlib ibn Haşim[2]
Fəaliyyəti tacir, siyasətçi, dissident

Peyğəmbərin əmisi olduğu halda müsəlman olmadı. Müsəlmanların ən qəddar düşməniydi. Heç bir kəsin müsəlman olmaması üçün gecə-gündüz çalışırdı. Peyğəmbərin dünyaya gəldiyi günün səhəri xidmətçisi Süveybə; "Qardaşın Abdullahın oğlu oldu" deyə sevinərək ona müjdə gətirincə sevinərək; Ona süd vermək şərtilə səni azad edirəm demişdi. Beləliklə, Rəsulullahın ilk süd anası Süveybə oldu.

Əbu Ləhəb Rəsulullaha olan düşmənçiliyi heç bir zaman əldən buraxmadı.

Əbu Ləhəb İslama hədsiz nifrət edirdi. İslama o qədər kin bəsləyirdi ki, Peyğəmbər din barəsində insanlara bir şey danışdığı zaman onlara yaxınlaşır və Peyğəmbərin dediklərinin yalan olduğunu iddia edirdi. Bir sözlə, Peyğəmbərin dediklərinin əksini insanlara çatdırıb onlarda şübhə yaratmağa çalışırdı. Quranda Əbu Ləhəb haqqında nazil olan bir surə vardır ki, bu surə onun ölümündən on il əvvəl nazil olmuşdur. Bu surədə açıq-aşkar Əbu Ləhəbin cəhənnəmə gedəcəyi və heç bir zaman İslama girməyəcəyi bildirilib. Ancaq etdiyi bütün hərəkətlərinin Peyğəmbərin etdiklərinə zidd olmasına baxmayaraq Əbu Ləhəb bunu etmədi. Bu surə nazil olandan sonra Əbu Ləhəb on il yaşadı. Həyat yoldaşının adı Ümmü Cəmil idi.

  1. 1 2 Али-заде А. Абу Лахаб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  2. Али-заде А. Абд аль-Мутталиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.