Ümmü Gülsüm binti Əli (ərəb. أمّ كلثوم بنت علي; 627[1], Mədinə) — Məhəmməd peyğəmbərin nəvəsi, Əli və Fatimənin qızı. Sünni və bəzi şiə mənbələrinə görə o, Ömər ibn Xəttabın həyat yoldaşıdır.
Ümmü Gülsüm binti Əli | |
---|---|
Doğum tarixi | 627[1] |
Doğum yeri | |
Dəfn yeri | |
Atası | Əli bin Əbu Talib[1] |
Anası | Fatimə |
Vikianbarda əlaqəli mediafayllar |
627-ci ildə anadan olub. Əlinin Ümmü Gülsüm adlı iki qızının böyüyüdür. Onun Ömərlə evliliyi sünni mənbələrində qeyd edilsə də, şiə mənbələri arasında mübahisəlidir. Şiə mənbələrində bu barədə müxtəlif ixtilaflar vardır.
Sünni mənbələrinə görə, Ömər Məhəmmədlə qohumluğunu gücləndirmək üçün Ümmü Gülsümlə evlənmək istədiyini Əliyə bəyan edir. Əli isə qızının həddi-büluğa çatmadığı və qardaşı Cəfər ibn Əbu Talibin oğlu ilə evləndirmək istədiyi üçün bu tələbə etiraz edir. Lakin Ömərin təkidi ilə Əli razı olur. 638-ci ilin son aylarında Ümmü Gülsüm Ömərlə evlənir. Onların bu evlilikdən Zeyd və Ruqiyyə adlı iki övladı dünyaya gəlir. Oğlu Zeyd anası ilə eyni gündə vəfat etmiş, qızı Ruqiyyə isə İbrahim bin Nuaym ən-Nəhhamla evlənmişdir.[2]
Xəlifənin zövcəsi kimi Bizans kraliçasına hədiyyələr göndərmişdir. Ömərin vəfatından sonra əmisi Cəfər ibn Əbu Talibin oğulları ilə evlənir. İkinci evliliyini Avn ilə, onun ölümündən sonra digər qardaşı Məhəmmədlə, onun ölümündən sonra isə Abdullahla evlənmişdir. Cənazə namazını ögey oğlu Abdullah ibn Ömər ibn Xəttab qıldırmışdır[3].