Abdullah ibn Ömər ibn Xəttab (ərəb. عبد الله بن عمر ابن الخطاب; təq. 610, Məkkə[1] – 693[1], Məkkə) — Abdullah ibn Ömər ibn Xəttab (Hicrətdən 10 il əvvəl-73-cü Hicri Qəməri il) kiçik səhabələrdən olan mühəddis və fəqihdir. İkinci xəlifə Ömər ibn Xəttabın oğludur. Ən çox fətva verənlərdən biri olmuşdur. Həmçinin, Məhəmməd peyğəmbərin (s) hədislərini ən çox əzbərləyib nəql edənlərdən biri olmuşdur. İbn Ömər Məhəmməd (s) peyğəmbərin sünnəsinə ən çox təqlid edən və o Həzrətin (s) yolunu izləyən biri olmuşdur. Habelə, o, Mədinə şəhərində hədis və fətva öyrənən tələbələrin, sədəqə verməqdə səxavəti və dünyadaki zahidliyi tanıqdıqdan sonra isə mallarını Allah yolunda xərcləyən tələbələrin qibləsi olmuşdur. İbn Ömər Məhəmməd (s) peyğəmbərlə birgə bir neçə döyüşlərdə iştirak etmişdir. Sonralar, peyğəmbərin (s) vəfatından sonra Şam, İraq, Fars ölkəsi, Misir və Afrikanın fəth edilməsində iştirak etmişdir.
Abdullah ibn Ömər ibn Xəttab | |
---|---|
ərəb. عبد الله بن عمر ابن الخطاب | |
Doğum tarixi | təq. 610 |
Doğum yeri | |
Vəfat tarixi | 693[1] |
Vəfat yeri | |
Vətəndaşlığı |
Raşidi xilafət Əməvilər xilafəti |
Atası | Ömər ibn Xəttab[1] |
Fəaliyyəti | hərbi lider[d], mühəddis, müfəssir, mufti |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdurrəhman Abdullahh bin Ömər bin Xəttab bin Nəfil bin Əbdül Uzzi bin Riyah bin Qurt bin Rizah bin Uday bin Kaab əl-Qureyşi Məkkədə, peyğəmbərin (s) Yəsribə hicrət etməsindən 10 il əvvəl dünyaya gəlmişdir. O, səhabə və ikinci xəlifə Ömər bin Xəttabın oğludur. Abdullahh bin Ömərin və bacısı Həfsənin anası, səhabə Osman bin Məzunun bacısı Zeynəb bint Məzun əl-Cəmhidir. Abdullahh bin Ömər həddi buluğa çatmamış, kiçik yaşlarında atası ilə birlikdə Məkkədə İslamı qəbul etmişdir. Sonra atası ilə hicrət etmişdir. Hicrət edən kimi müsəlmanlara birləşib, Məhəmməd (s) peyğəmbərə qoşulur və digər sahəbələrlə birlikdə o həzrətin (s) ətrafında birləşir.