Ümmü Roman (ərəb. زينب بنت عامر الكنانية[1]; v. 628, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, Əbu Bəkrin həyat yoldaşı, Aişənin anasıdır. Qureyş qəbiləsindəndir.
Ümmü Roman | |
---|---|
Vəfat tarixi | 628 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları |
Onun tam adı Ummu Roman Zeynəb binti Amir ibn Üveymir ibn Abd Şəms ibn Attab əl-Kinaniyadır. Zeynəb Qinan qəbiləsinin Əl-Haris qolunun Duhman nəslindən olan Əmir ibn Üveymirin qızı idi. O, Əzd qəbiləsindən olan əl-Haris ibn Səhbarə ilə evlənir və onların Tufeyl adlı bir oğlu doğulur.
Ailə Əl-Saradan Məkkəyə köçür və burada Əl-Haris Əbu Bəkrlə ittifaq qurur. Bu zaman Əbu Bəkr artıq Quteylə binti Əbdül-Uzza ilə evli idi.
Qısa müddət sonra Ümmü Roman dul və dəstəksiz qalır. Əbu Bəkr onunla evlənir və onların iki övladı olur: Əbdürrəhman və Aişə.
Ümmü Roman 622-ci ildə Aişə, Əsma və Abdullahın müşayiəti ilə Mədinəyə hicrət edir[2].
İbn Səd Ümmü Romanın 628-ci ilin aprel/may ayında Mədinədə vəfat etdiyini iddia edir. İbn Həcər Əl-Əsqəlani onun 630-cu ildə vəfat etdiyinə inanırdı. Onun cənazəsi qəbrə qoyulan zaman Məhəmməd peyğəmbər belə buyurdu:
“Hurilərin necə olduğunu bilmək istəyən Ümmü Romanın necə göründüyünü xatırlasın”. |