Ümman Ağamalıyev

Ümman İlqar oğlu Ağamalıyev (19 İyun 1986, Bakı) — azərbaycanlı hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantı, Hüquq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü.

Ümman Ağamalıyev
Ümman İlqar oğlu Ağamalıyev
Doğum tarixi 19 İyun 1986
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı İki övladı var
Atası İlqar Ağamalıyev
Anası Mətanət Ağamalıyeva
Elm sahəsi Hüquq
Elmi dərəcəsi Hüquq üzrə fəlsəfə elmləri doktoru
Təhsili Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, AMEA İnsan Haqları İnstitutu

Ümman Ağamalıyev 19 iyun 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 238№-li məktəbdə almışdır. 2003-cü ildə adı çəkilən məktəbi bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. [[Bakı Dövlət Universiteti]] 2007-ci ildə bitirib 2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. 2010–2013-cü illərdə Aviasiya akademiyasında Cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. 2022-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Hüquq və insan haqları institunun aspirantura və doktorantura pilləsini bitirmişdir. 2024-cü il mart ayında "Azərbaycan Respublikasında idarəetmənin konstitusion hüquqi əsasları" mövzusunu müdafiə edərək hüquq üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır. 2024-cü ilin sentyabr ayından Milli Aviasiya Akademiyasının doktorantura şöbəsinə daxil olmuşdur. Hal-hazırda "Azərbaycan Respublikasında rəqəmsal hökümət idarəetməsinin konstitusion hüquqi əsasları: problemlər və  müasir çağırışlar" mövzusu üzrə doktorluq işinin üzərində çalışır.

İş təcrübəsi

[redaktə | mənbəni redaktə et]
  • 01 yanvar 2007 - 01 iyul 2007 — Xətai rayon məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır.
  • 19 aprel 2010 - 19 dekabr 2013 — “Shirvan Operating Company Ltd” şirkətində hüquqşünas vəzifəsində çalışmışdır.
  • 20 dekabr 2013 - 01 noyabr 2015 — Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində direktorun hüquq və inzibati işlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
  • 01 noyabr 2015 - 01 iyul 2017 — Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi komitənin hüquq və inzibati işlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
  • 01 noyabr 2017 - 01 noyabr 2018 — Həyat fondunda hüquq departamentinin rəhbəri, prezidentin müavini vəzifəsində çalışmışdır.
  • 01 dekabr 2017 - 15 avqust 2019 — Tədbir Əməliyat Komitəsində komitənin hüquq və kadr şöbəsinin müdiri, baş direktorun müşaviri vəzifəsində çalışmışdır.
  • 01 sentyabr 2019 - hal-hazırda — : Yüksəliş İctimai Birliyində hüquq və inzibati şöbənin rəhbəri vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Magistratura dövrünün əhatə edən məqalələr
[redaktə | mənbəni redaktə et]
  1. Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2014-cü il 16(1) cildi — Cinayət işlərinin birləşdirilməsinin qanuniliyi.
  2. Qanun elmi hüquq jurnalı 2014-cü il 1-ci buraxılışı — Cinayət işlərinin birləşdirilməsinin əsaslılığı.
  3. Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2014-cü il 16(2) cildi — Vicdan azadlığının anlayışə və konstitusiya əsasları.
  4. Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2014-cü il 16(3) cildi — Azərbaycan Respublikasının milli məclisinin qanunvericilik hakimiyyəti orqanı kimi səciyyəvi xüsusiyyətləri.
  5. Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2015-ci il 17(3) cildi — Şərəf və ləyaqətin müdafiəsi hüququnun subyektləri.
  1. Qanun elmi hüquq jurnalının 2016-cı il 12-ci cildi — Dövlət idarəetmə sisteminin qurulmasının konstitusion-hüquqi aspektləri.
  2. Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2017-ci il 19(2) cildi — Dövlət aparıtının fəaliyyətinin monitorinq üsulu ilə qiymətləndirilməsinin konstitusion-hüquqi aspektləri.
  3. Qanun elmi hüquq jurnalının 2017-ci il 1-ci cildi — Dövlət idarəetmə sisteminin təşkilinin səmərəliliyinin konstitusion-hüquqi qiymətləndirilməsi problemləri.
  4. Politicus науковый журнал 2017 г. 3-й выпуск — Оснавные направления совершенствования системы государственного управления в Азербайджанской Республике.
  5. Polis Akademiyasının elmi xəbərləri №1 (1) fevral 2018-ci il — Dövlət idarəetməsinin bəzi xüsusiyyətləri və funksiyaları
  6. Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2018-ci il 19 (2) cildi — Dövlət aparatının fəaliyyətinin monitorinq üsulu ilə qiymətləndirilməsinin konstitusion-hüquqi aspektləri
  7. Aviakosmik məsələlərin həllində Gənclərin yaradıcı potensialı III Beynəlxalq Elmi-Praktiki konfrans — Dövlət idarəetmə sisteminin inkişafının konseptual əsasları
  8. Формирование электронного правительства-государствa в Азербайджанской Республике как основное направление совершенствования системы государственного управления  - I Международная научно-практическая конференция «MODERN SCIENCE: INNOVATIONS AND PROSPECTS» Стокгольм, Швеция
  9. CONSTITUTIONAL AND LEGAL FUNDAMENTALS OF PUBLIC ADMINISTRATION IN THE REPUBLIC OF AZERBAIJAN - III Международная научно-практическая конференция «SCIENCE, INNOVATIONS AND EDUCATION: PROBLEMS AND PROSPECTS» Токио, Япония
  10. Polis Akademiyasının elmi xəbərləri, Bakı şəhəri, 2021 N4 - Azərbaycan Respublikasında elektron hökümətin formalaşdırılması dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas istiqaməti kimi
  11. Polis Akademiyasının elmi xəbərləri, Bakı şəhəri, 2023 N3 (33) - Azərbaycan Respublikasında Elektron hökümətin inkişaf istiqamətləri və inkişafın beynəlxalq və yerli dəyərləndirilmə meyarları
  12. Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2024-ci il 26(2) cildi- İdarəetmədə “açıq hökümət” anlayışı, Azərbaycan Respublikasında "açıq hökümət" elektron dövlətin və demokratiyanın əsası kimi

[1] barassociation.az