Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Cinayət hüququ — müstəqil hüquq sahəsi. O, hüququn ən geniş və fundamental sahələrindən biridir.
Cinayət hüququnun iki əsas və başlıca anlayışı vardır:
Cinayət hüququnun toxunduğu bütün məsələlər də məhz bu iki anlayışla sıx surətdə və bilavastə əlaqədardır. Belə ki, ölkənin ictimai həyatı üçün təhlükəli olan əməllərin cinayət olması və cinayətə görə cəzanın verilməsi ilə bağlı münasibətlər yaranır. Bu münasibətlərin bir tərəfində cinayət törətmiş şəxs , digər tərəfində isə həmin şəxsi cəzalandırmağa səlahiyyətli olan dövlət durur. Göstərilən münasibətlər hüquq normaları ilə tənzimlənir. Bu normaların məcmusu cinayət hüququ adlanır.
Cinayət hüququ dedikdə, cinayət və cəza ilə bağlı olaraq cinayət törətmiş şəxslə dövlət arasında yaranan münasibətlərin tənzimləyən hüquq normalarının məcmusu başa düşülür.
Cinayət hüququnun ibarət olduğu hüquq normaları müəyyən edir.
Hər bir sahə kimi cinayət hüququnun da üzərinə müəyyən vəzifələr düşür. Cinayət hüququnun əsas və başlıca vəzifəsi cəmiyyəti nisbətən təhlükəli cinayətlərdən qorumaqdan ibarətdir. Söhbət cinayət hüququnun qoruyucu vəzifəsindən gedir. Cinayət hüququnun qoruyucu vəzifəsinin mahiyyəti onun sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya qruluşunu cinayət əməlindən qorumaqdan ibarətdir. bunların içərisində şəxsiyyətin, onun hüquq və azadlıqlarınin qorunması vəzifəsi mühüm yer tutur. Hüquqi demokratik dövlətlərdə cinayət hüquqi ilk növbədə insan hüquq və azadlıqlarını qorunmasını təmin etməlidir.
Cinayətin qarşısını almaq cinayət hüququnun üzərinə düşən vəzifədir. Buna cinayət hüququnun xəbərdaredici vəzifəsi deyilir. Cinayət hüququnun xəbərdaredici vəzifəsi 2 cür olur: ümumi xəbərdaredici vəzifə; xüsusi xəbərdaredici vəzifə. Cinayət hüququnun ümumi xəbərdaredici vəzifəsinin mahiyyəti ondan ibarətdir ki , cinayət hüququnun cinayət əməlinə görə cəza verilməsi barədə norma müəyyənləşdirilməsi bütün cəmiyyət üzvlərini cinayət törətməkdən çəkindirir, onların cinayət cəzası vermək hədəsi ilə xəbərdar edir: kim cinayət törədərsə, onda həmin şəxs barəsində cəza tətbiq ediləcəkdir. Ümumu xəbərdaredici vəzifənin obeyktini bütün şəxslər təşkil edir.
Cinayət hüququnun xüsusi xəbərdaredici vəzifəsinə gəldikdə qeyd etmək lazımdır ki, cinayət törətmiş şəxs qanunda nəzərdə tutulan cəza verilir və bu yolla onun tərəfindən ikinci dəfə yeni cinayət törədilməsinin qarşısı alınır
Cinayət hüququnu təşkil edən hüquq normaları (həm ümumi hissəyə, həm də xüsusi hissəyə daxil olan normalar)zahirən cinayət qanununda ifadə olunmuşdur. Cinayət qanununun yaranmasında Azərbaycan Respublikasının Konstitusiyası hüquqi əsas rolunu oynayır. Konstitusiya bütün qanunvericiliyin, o cümlədən cinayət qanunvericiliyinin normativ bazasıdır. burada nəzərdə tutulan bir sıra normaların cinayət qanunvericiliyi üçün mühüm və vacib (müəyyənedici)əhəmiyyəti və rolu vardır (məsələn, hamının qanun və məhkəmə qarşısında bərabər olması barədə norma və s.).
Cinayət qanunu cinayət hüququnun mənbəyidir. yalnız cinayət qanunu cinayət hüquq norması müəyyənləşdirə bilər. Aşağıdakı məsələlər yalniz və yalniz cinayət qanunu ilə müəyyən oluna bilər:
Cinayət qanunu cinayət hüququnun yeganə mənbəyidir. Cinayət qanunundan başqa, normativ aktların digər növləri (prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, nazirliklerin təlimatları və əmrləri və s.)cinayət hüquq norması müəyyənləşdirə və cinayət hüququnun mənbəyi ola bilməz. Demokratik hüquqi dovlətlərdə məsələyə məhz bu cür yanaşılır.
Əsas cinayət qanunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsi hesab edilir. Cinayət Məcəlləsi 1999-cu il dekabrın 30-da qəbul olunmuş, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi Cinayət Məcəlləsi ilə əhatə olunur. Cinayət Məcəlləsi dedikdə, Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi başa düşülür. Burada cinayət hüquq normalarının bütövlükdə hamısı ifadə olunmuşdur.
Cinayət Məcəlləsi dedikdə, Azeəbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyini əhatə edən və özündə bütün cinayət hüquq normalarının hamısını əks etdirən sistemləşdirilmiş normativ akt başa düşülür.
Hər hansı şəxs adam öldürür. Şəxs öz qonşusunun əmlakını ogurlayır. Vəzifəli şəxs rüşvət alır. Şəxs qadını gəlir əldə etmək üçün fahişəliyə cəlb edir və s. Adam öldürmə də, ogurluq da, rüsvətxorluq da, fahişəliye cəlb etmə də cinayət hüququn dili ilə desək, cinayət adlanır. Bəs, cinayət dedikdə nə basa düşülür?
Cinayət mübahisəsiz olaraq cinayət hüququnun əsas və mərkəzi anlayışı hesab edilir. Cinayət Məcəlləsinin 14-cü maddəsində ona tərif verilir.
Cinayət dedikdə, təqsirli olaraq törədilən elə ictimai təhlükəli əməl başa düşülür ki, bu əməl Cinayət Məcəlləsi ilə cəza hədəsi altında qadağan olunmusdur.
Cinayət sayilan ictimai təhlükəli əməllər sülh və bəşəriyyətə, şəxsiyyətin həyat və sağlamlığına, vətəndaşların konstitusion hüquq və azadlıqlarına, mülkiyyətə, ictimai təhlükəsizliyə və ictimai qaydaya, dövlət hakimiyyətinə və s. qəsd edir.
Bütün əməllər şübhəsiz ki, cinayət sayıla bilməz. hər hansı əməlin cinayət kimi tanınması üçün tələb olunur ki, həmin əməl cinayətin əlamətlərinə uyğun gəlsin və onlara cavab versin. həmin əlamətlər cinayəti hüquq pozuntusun digər növlərindən fərqləndirməyə imkan verir. Cinayətin əlamətlərinə isə aiddir:
Cinayət məsuliyyəti hüquqi məsuliyyətin bir növü olub, cinayət qanunu ilə dövlət tərəfindən müəyyən edilir. Cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin dövlət adından mühakimə edilməsini və onun barəsində cəzanın tətbiqini nəzərdə tutur.
Cinayət qanunun bir çox normalarında adı çəklsə də cinayət qanunvericiliyində cinayət məsuliyyətinin anlayışı verilmir. Belə anlayışı cinayət hüquq nəzəriyyəsi işləyib hazırlayır. Lakin elmi ədəbiyyatda cinayət məsuliyyətinin anlayışı ətrafında fikir ayrılığı mövcuddur.
Cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin etdiyi cinayətə görə dövlət qarşısında yaranan öhdəçiliyi olub, dövlət tərəfindən onun əməlinin və şəxsiyyətinin pislənilməsində, belə şəxsə cəza və digər dövlət məcburiyyət tədbirlərinin tətbiqində və şəxs barəsində məhkumluğun yaranmasında ifadə olunur.