Ümumrusiya Müəssislər Məclisinə seçkilər

Siyahının 10-cu bülleteni - Müsəlman Milli Komitələri və "Müsavat" Türk Demokratik Federalist Partiyası. Namizədlərin adı rus dilində solda, azərbaycan dilində sağda yazılıb

Ümumrusiya Müəssislər Məclisinə seçkilərRusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər.

Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman Sosialist Bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər.

Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər.

Seçki nəticələri

[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya seçki dairəsi

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar. Azərbaycan milli hərəkatında "Müsavat" partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i "Müsavat"ın payına düşürdü.

Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan "Müsəlman sosialist bloku"nun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər. Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı. Azərbaycan partiyalarına verilən səslərin 9,1%-ini menşevik "Hümmət", 7,2%-ini "İttihad" partiyaları aldı.

10 nömrəli siyahı

[redaktə | mənbəni redaktə et]

Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə bütün Rusiya üzrə bolşeviklər 23,9% səs toplaya bildilər və Məclisdə üstünlüyü 62%-dən çox səs toplamış eser və menşeviklər bloku əldə etdi. Bu tərkibdə işə başlayan Ümumrusiya Müəssislər Məclisi bolşevik platformasında durmadığı üçün bir gün sonra buraxıldı.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 419. ISBN 9952-417-44-4.