Ümumi Avropa Evi

Vahid Avropa EviSovetlər İttifaqının keçmiş prezidenti Mixail Qorbaçov tərəfindən hazırlanan və müdafiə edilən bir anlayış.

İlk olaraq 1985-ci ildə Sovetlər birliyinin lideri Mixayıl Qarbaçov tərəfindən irəli sürülən və sülh içində bir Avropa həsrətini həyata keçirmək məqsədini ifadə edən bir siyasi layihə olaraq ortaya çıxarılmışdır. Atlas okeanından Ural dağlarına qədər vahid bir Avropa zehniyyətini qoruyur.[1]

Qabaqcıl ritorika

[redaktə | mənbəni redaktə et]

Sözügedən anlayışın 1981-ci ildə Qərbi Almaniyanın paytaxtı Bonna səfəri zamanı Leonid Brejnevin xarici siyasətində bəzi sələfləri olmuşdur, lakin o dönəmlərdə, böyük ehtimalla, ABŞ və Avropalı müttəfiqlərinin arasında uyğunsuzluq yaratmaq və ABŞ siyasətlərinin mülayimləşilməsi ümidi üçün istifadə edilmişdir.[2]

Qlasnost ve Perestroyka siyasətlərini həyata keçirən Mixail Qorbaçov, 1988-ci ilin dekabrında Birləşmiş Millətlər Ümumi Kuruluna xitabən çıxış zamanı.

Avropa evi fikrinin ortaya çıxması

[redaktə | mənbəni redaktə et]

Qorbaçov 1985-ci ildə köhnə dünyanı "ortaq evimiz" kimi səciyyələndirən bir sözlə bənzər bir ifadə istifadə etməsinə baxmayaraq, bu terminin də ən tanınan istifadəsi Qorbaçovun 1987-ci ilin aprel ayında Çexoslovakiya səfəri zamanı "Vahid Avropa Evi", ya da "Bütün Avropa Evi" anlayışını təqdim etdiyi zaman ortaya çıxdı.[3]

dünya düzəni anlayışını yaradan ən mühüm bəyannamə, Mixail Qorbaçovun 1988-ci il 7 dekabr tarixli Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında etdiyi çıxış idi. Qorbaçovun formulu yeni nizam yaratmaq üçün əhatəli bir fikir siyahısı ehtiva edirdi. Birləşmiş Millətlərin mərkəzi rolunun gücləndirilməsini və bütün üzvlərin fəal iştirakını müdafiə edirdi. Soyuq Müharibə BMT və BMT Təhlükəsizlik Şurasının əvvəllər nəzərdə tutulan rollarını yerinə yetirməsinə mane oldu. Dövlətlər arasındakı əlaqələrin ideologiyalardan təmizlənilməsi bu yeni əməkdaşlığın təmin edəcəyi faydaları arasında göstərilirdi. Qorbaçov eyni zamanda, iqtisadiyyat bloklarının sona çatması üçün yalnız bircə dünya iqtisadiyyatının mövcud olmasını nəzərdə tuturdu. Hətta, Sovetlər Birliyinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Beynəlxalq Ədalət Divanı kimi mühüm beynəlxalq təşkilatlara girməsini müdafiə edirdi. Birləşmiş Millətlər Sülh Gücünün sülhü qoruma rolunun canlandırılması və super güclərin əməkdaşlıq edərək regional münaqişələrin həllini təmin etməsi Qorbaçovun əməkdaşlıq anlayışında əhəmiyyət daşıyan iki əsas məsələ idi.[4]

1989-cu il 12 iyunda Qorbaçov Boniiyə gəldi və Almaniyanın federal kansleri Helmut Kol və prezident Riçard fon Vayçzeker ilə görüşdü. Ertəsi gün Kol və Qorbaçov milli öz müqəddəratını təyinetmə hüququnu, nüvə və adi silahlı qüvvələrin qarşılıqlı olaraq azaldılmasını və Kanada ilə ABŞ-nin da rol aldığı "Vahid Avropa Evi" anlayışını dəstəkləyən birgə bəyannamə imzaladılar. Bundan başqa, Qorbaçov Çarles də Gaullenin "Avropa, Atlantik Okeanından Urallara" coğrafi təsvirini gündəmə gətirərək, Sovet İttifaqının mövcudluğunu yaşatmağa çalışdı.[5]

1989-cu il 6 iyulda Strasburq şəhəri Avropa Şurasının iclası ərəfəsində danışan Qorbaçov bunları dedi: ""Vahid Avropa Evi" konsepsiyasının fəlsəfəsi, silahlı toqquşma ehtimalını, ittifaqlara qarşı qüvvə istifadə etmə hədənin istifadə edilməsi ehtimalını, harada olursa olsun ittifaqları ortadan qaldırır. Bu fəlsəfə, daşındırıcılıq doktrinasının yerini almalıdır. Bu yalnız sözlər üzərində aparılan bir oyun deyil, Avropa inkişafının məntiqi olaraq həyatın özü "Vahid Avropa Evini" gərəkdirir . "[6][7]

1989-cu il 29 noyabr tarixində Qorbaçov yaxınlaşan Malta sammiti ərəfəsində ABŞ prezidenti Corc Herbert Uoker Buş ilə İtaliyada görüşdü. Ertəsi gün Roma bələdiyyə salonunda çıxışında "Vahid Avropa Evi" anlayışının kəmərlərini çəkərkən konsepsiyasının xəttlərini çəkərkən müstəqil dövlətlərin birliyini suverenlik və iqtisadiyyat baxımından müdafiə etdi. Sonra 1990-cı ildə (sonrakı illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını yaradacaq) Avropa Təhlükəsizlik və Əməkdaşlıq komissiyasının iclasının keçirilməsini təklif etdi. Ertəsi gün Vatikanda Papa II İohan Pavel ilə də görüşdü.[5]

Sonrasında gələn fikirlər

[redaktə | mənbəni redaktə et]

O dövrdə Robert Hormats kimi analitiklərin qənaətinə görə, inkişaf etməkdə olan (o dövrdəki adı ilə) Avropa İqtisadi Birliyi ölkələri "əxlaqi, siyasi, sosial və iqtisadi gücləri" ilə birgə "Avropa Evi" layihəsində prioritet rol almaq üçün özlərini təqdim edirdilər.[8] Bu baxımdan, "Vahid Avropa Evi"nin konsepsiyası Avropa İqtisadi Birliyinin Avropa İttifaqına çevrilməsi üçün ikinci dərəcəli katalizatorlardan biri hesab olunur.

Berlin divarının yıxılmasının 25-ci ildönümündə keçirilən tədbirlərə qatılan Qorbaçov "Dünya yeni bir Soyuq Müharibənin ətəyində" deyə bir xəbərdarlıq etdi. Sovet İttifaqının lideri Mixail Qorbaçov 1989-cu ildə Strasburq şəhəridə elan etdiyi "Vahid Avropa Evi" layihəsini yenidən gündəmə gətirdi. Berlin Divarının süqutunun 25-ci ildönümü tədbirlərində danışan Qorbaçov "Vahid Avropa Evi tikmək fikrini bərpa etməyimiz lazımdır. Ailə içində də problemlər olur, amma ən nəhayət ev, bir döyüş səhnəsi deyildir", — dedi. Qorbaçovun bu siyasi layihəsi, Atlantikadan, Urala qədər inteqrasiya olunmuş və sülh içində yaşayan Avropanı əhatəliyir.[9]

Qorbaçov Qlasnost (SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır) və Perestroyka (SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən konfiqurasiya və islahat hərəkatı) siyasətləri ilə birlikdə "Vahid Avropa Evi" konsepsiya və layihələri ilə xatırlanır. Bu layihələr Yeltsin və ondan sonra gələn Putin və Medvedev tərəfindən davam etdirilmədilər. Dövrün Sovet İttifaqı xarici işlər naziri olan və sonrakı illərin Gürcüstan prezidenti olacaq Eduard Şevardnadze isə Qorbaçovun xəyali anlayışlarla imperiyanı süquta uğratdığını söyləmişdi.[10]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Uluslararası İlişkiler Sözlüğü". 2017-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Ekim 2017.
  2. Malcolm, Neil. "The 'Common European Home' and Soviet European Policy". International Affairs (İngiliscə). (#accessdate_missing_url)
  3. Schmidt-Häuer, Christian. Gorbachev: The Path to Power. I.B. Tauris.
  4. "Soviets 'in arms strategy shift'". The Guardian. (#accessdate_missing_url)
  5. 1 2 "Chronology 1989; East-West Relations". Foreign Affairs.
  6. Hoagland, Jim. "Europe's Destiny". Foreign Affairs.
  7. "Address given by Mikhail Gorbachev to the Council of Europe" (İngiliscə). European NAvigator. 27 Eylül 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 Şubat 2007.
  8. Hormats, Robert D. [Redefining Europe and the Atlantic Link] (#trans_missing_title). Foreign Affairs (İngiliscə).
  9. "Dünya, yeni bir Soğuk Savaş'ın eşiğinde mi?". Rusya'nın Sesi Radyosu. 10 Kasım 2014. 2017-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 Ekim 2017.
  10. "Ortak Evimiz Avrupa". 16 Ekim 2010. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Ekim 2017.