Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi.
Bayılma | |
---|---|
XBT-10 | R |
XBT-9 | |
DiseasesDB | 27303 |
MedlinePlus | 003092 |
eMedicine | med/3385 |
MeSH | D013575 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər.
Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər. Ürəkgetmənin müddəti 10-30 saniyə, nadir hallarda daha çox çəkir. Huş tamamilə itə bilər, və ya cüzi qıcıqlara cavab reaksiyası qalar. Arterial təzyiq sıfıra qədər enir, nəbz zəif və ya hiss olunmur, tənəffüs zəif səthi olur, bəzən hiss olunmur. Bayılmanı epileptik tutmadan fərqləndirmək lazımdır. Epileptik tutmadan sonra xəstədə başağrıları, yuxululuq olur, epileptik tutma çox zaman qıcolmalarla müşayiət olunur, bayılma zamanı isə qıcolma nadir hallarda olur. Huşunu itirmənin səbəblərinə daxildir : əsasən qadınlarda stress, yorğunluq, uzun müddət ayaqda qalmaq, ani həyəcanlar, təzyiq yüksəkliyi, hamiləlik, qansızlıq, damar sərtliyi, ürək xəstəlikləri, hava çatışmazlığı, qorxu, xroniki aclıq.
Ürək-damar sistemi xəstəliklərində, çoxlu qan itirdikdə, müxtəlif xarici təsirlər (ağrı, qorxu, həyəcan və s.) nəticəsində damarların qeyri-ixtiyari olaraq tonusdan düşməsi. Bayılma zamanı xəstənin rəngi ağarır, bədəni soyuyur, tənəffüsü səthiləşir. Səbəbinə görə bayılmalar bölünürlər: Vazovaqal bayılma 50% hallarda olur. Bu cür ürəkgetmələr adətən normal insanlarda həyəcanlandığı zaman qapalı hava çatışmayan otaqda və ya qorxu zamanı baş verə bilər. Bu zaman arterial təzyiq enir, nəbz seyrəlir, rəng avazıyır, soyuq tər basır, huş itir.
Ortostatik bayılma- Bu cür bayılmanın əsasında damarsıxıcı reflekslərin çatışmazlığı və ya labilliyi durur. Bayılma uzanmış və ya oturmuş vəziyyətdən qəflətən ayaqüstü vəziyyətə keçdikdə və ya uzun müddət ayaq üstə qaldıqda baş verir.
Kardiogen bayılma-Müxtəlif ürək xəstəliklərində, ən çox aritmiyalar zamanı baş verir. Bundan başqa bayılmalar qanitirmə, dil-udlaq sinirinin nevralgiyası qanazlığı beyin-qan dövranı pozğunluğu sinokarotid refleks öskürək və s. nəticəsində əmələ gəlir. Bayılma zamanı xəstə dərhal uzadılmalı ayaqları qaldırılmalıdır. Xəstənin burnuna kəskin iyli bir şey (naşatır spirti, ətir və s.) yaxınlaşdırıb iylədilir. Xəstə ayıldıqdan sonra tünd çay qəhvə və ya şokolad verilir. Bəzən bayılma hansısa xəstəliyin simptomu məsələn daxili qanaxmanın susuzlamağın ürək ritminin infarkt miokard kimi xəstəliklərdən yaranır. Əgər bayılma zamanı əlinizdə naşatır spirti yoxsa ağrı nöqtələrini məsələn dodağın yuxarı hissəsi ilə burun pərdəsi arasında məsafəni bərk sıxmaq lazımdır. Bayılma ciddi xəstəliyin əlaməti ola bilər. Ona görə də bayılmadan sonra başqa şikayətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır.
Bayılma bir neçə saniyədən və ya dəqiqədən sonra adətən, öz-özünə keçib gedir. Uzun müddət davam etdikdə xəstəni başı bir qədər aşağı vəziyyətdə uzandırmaq, yaxasını açmaq, üzünə soyuq su çiləmək, otağın havasını dəyişmək, isti, tünd şirin çay verməklazımdır.