Üskülü Mərziyyə

Üskülü Mərziyyə və ya Mərziyyə Əhmədi (1941, Üskü, Şərqi Azərbaycan ostanı1974, Tehran) — şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü. 1974-cü ildə SAVAK-la atışmada dünyasını dəyişib.[1][2]

Mərziyyə Əhmədi
Doğum tarixi
Doğum yeri Üskü
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Behişti-Zəhra
Fəaliyyəti yazıçı, partizan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mərziyyə Əhmədi 1941-ci ildə Üskü şəhərində anadan olub[3]. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib.[4] Bütün farsca yazdığı əsərləri türkcəyə, öz ana dilində qələmə aldığı bütün əsərləri isə fars dilinə tərcümə etmişdir. 1970-ci ildə tələbələrin etiraz aksiyalarına rəhbərlik edən Mərziyyə xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Həbs edilərək Üsküyə sürgün olunur.Daha sonra bu günlər haqqında xatirələrini yazmışdır.[1] İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü olan o, 26 aprel 1974-cü ildə dəstənin iki üzvünün görüşündən xəbər tutan SAVAK məmurları haqqında məlumat alır. Yoldaşlarını xəbərdar etmək üçün görüş yerinə gedən Mərziyyə yoldaşlarını xəbərdar etsə belə gec olur. Atışma başlayır və o, SAVAK ilə silahlı toqquşmada həlak olur.

Yaxın dostları Behruz DehqaniƏlirza Nabdil ilə Tehrandakı Behişti–Zəhra qəbiristanlığının 33 saylı guşəsində dəfn edilib.[5]

Bəxtiyar Vahabzadə Üskülü Mərziyyəyə "Mərziyyə" poemasını həsr edib.[6]

2014-cü ildə fotoqraf Azadə Əxlaqi İran tarixində baş vermiş ölüm hadisələrini öz fotoları ilə yenidən canlandırıb. O, Məhəmmədtağı xan Püsyan, Əli Şəriəti və digərləri ilə yanaşı Üskülü Mərziyyənin də ölümünü səhnələşdirib.[7]

  1. 1 2 Tərtibatçılar: Vaqif Sultanlı və İrəc İsmayıl. Güney Azərbaycan nəsri. Başlanğıcdan bu günə qədər. Antologiya (PDF). Bakı: Nurlar nəşriyyatı. 2017. səh. 264. ISBN 978-9952-507-16-4.
  2. "دختران کولی" (fars. ‎). iranglobal.info. 26 avqust 2014. 18 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2020.
  3. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. IV. Bakı: Elm nəşriyyatı. 1994. səh. 234. 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  4. Vüqar Əhməd. "Dalğalı coşqun dəniz, şimşək tək oynaqdır dilim!". anl.az. 27 dekabr 2014. 2 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2020.
  5. Sabir Nəbioğlu. "Güney Azərbaycanın qəhrəman qadın ulduzu Mərziyə Üskülü". davam.az. 14 sentyabr 2012. 2 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2020.
  6. I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Materiallar. Bakı: Qafqaz Universiteti. 2012. səh. 297. ISBN 978-9952-468-14-4.
  7. "Azadeh Akhlaghi: the photographer who stages murders in Iran" (ing. ). theguardian.com. 9 aprel 2014. 4 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]