Üst denudasion səviyyə

Üst denudasion səviyyə (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) — yer kürəsində dağların ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşayiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.[1]

  1. Üst denudasion səviyyə // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.