Üzgəcotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Üzgəcotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bu cinsin adı almancadan "trollun gülü" kimi tərcümə olunur. Şimal yarımkürəsinin mülayim iqlimli və Artika zonalarında bitən bu çoxillik ot bitkisinin 25 növü məlumdur. Onlardan 10 növü gülçülükdə geniş istifadə olunur: Asiya üzgəcotu (Jarki) (T. asiaticus) hündürlüyü 80 sm, narıncı rəngdə tək-tək gülləri olan bitkidir. Çoxləçəkli formaları vardır. Çin üzgəcotu (T. chinensis). Bu növ əvvəlkindən kolun iri ölçüləri ilə fərqlənir (100 sm). Gülçülükdə 1827-ci ildən istifadə olunur. Güllərin rəngi sarıdan tünd-narıncıya qədər olan bu iki növün hibridləri gülçülükdə geniş yayılmışdır. Toxumla çoxaltdıqda üzgəcotunun toxumlarını qış mövsümündə 2-4°C temperaturda saxlamaq lazımdır. Çox vaxt üzgəcotunu yayın axırında kökümsovun bölünməsi ilə çoxaldılır. Bölünmüş kökümsovu elə əkirlər ki, kökü 2 sm torpaqda olsun. Azərbaycanda yabanı halda bir növü, yarımçıq üzgəcotu (T. ratulus) bitir.
Üzgəcotu:The Plant List saytında takson barədə məlumat. (ing.)